"Qarabağ"ın futbolçusu Maqaye Qeye Azərbaycan Premyer Liqasının 17-ci turunda "Zirə"yə 6:0 hesabı ilə qalib gəldikləri matçdan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb:
- Doğrudan da yaxşı hesabla qalib gəldik. Komanda üzərinə düşəni etdi. Yəni, deməyə bir söz yoxdur.
- Bu gün bir dəfə fərqlənməyi bacardınız. Daha çox qol da vura bilərdiniz. Bugünkü qol bir az özünəinamı artırmaq üçün rol oynaya bilərmi?
- Şübhəsiz ki, istənilən qol insana özünəinam verir. Üstəlik mənim ümumi vəziyyətimi nəzərə alsaq, yəni, oynamaq üçün müntəzəm imkan qazanmıram, bu qol həqiqətən də çox vacib idi.
- Son vaxtlar sizə şans verilməməsini nə ilə əlaqələndirirsiniz? Rəqabətdə Mahirə udursunuzmu?
- Burada son söz sahibi baş məşqçidir. İstənilən halda biz onun qərarlarına hörmətlə yanaşırıq. Mən komandanın ixtiyarındayam. Nə vaxt ehtiyac olarsa, öz işimi görəcəyəm.
- "Qarabağ"a gələndə karyeranız haqda necə düşünürdünüz və özünüzü bu komandada tapa bildinizmi? Adaptasiya, əsas heyətə düşmək baxımından düşünürdünüzmü ki, belə olacaq?
- Bir hücumçu olaraq hər kəs səndən qol gözləyir. Üstəlik mən Türkiyədə yaxşı mövsüm keçirəndən sonra gəlmişdim. Liqaların səviyyəsi fərqlənir. İstənilən halda uyğunlaşmaq üçün zamana ehtiyacın olur. Mən həmişə əlimdən gələni etməyə çalışıram.
- Yayda "Qarabağ"da qalacaqsınız və ya ayrılmaq istəyirsinizmi? Yoxsa hələ bir qərar verməmisiniz? Menecerlərinizdən komanda axtarmağı istəmisinizmi?
- Mən burada çox xoşbəxtəm. Həm klub, həm komanda yoldaşlarım- hər şey ürəyimcədir. Üstəlik nəzərə alaq ki, hələ 1 illik müqaviləm var.
- Çempionluq şanslarınızı necə dəyərləndirirsiniz? "Neftçi"dən 11 xal öndəsiniz. Çoxları artıq "Qarabağ"ı çempion kimi görür.
- Futbolda nə olacağı heç vaxt əvvəlcədən bilinmir. Elə olur ki, eniş yaşayırsan, digər komandalar da gəlib, səni keçir. Qarşıda hələ çox oyun var. Həmin matçlarda da bu gün olduğu kimi öz işimizi görməliyik.
Levandovski qayıtdı
"İnter"dən yeni transfer
"Sumqayıt" "Qarabağ"a belə qalib gəldi - Video
"Bu məğlubiyyətin faydası olacaq" - Qurban Qurbanov
"Mən çempion olmaq istəyərdim" - Saşa İliç
"İmişli" - "Neftçi" matçından - Video
"Oyunçuların gözündə qələbə istəyi var" - Samir Abasov
Samir Abasovu şoka salan ağlasığmaz epizod - Video
"Qarabağ" - "Sumqayıt" : Heyətlər
Millimizin Ukrayna ilə oyununun yeri dəyişdirildi
Azərbaycanın U-17 millisinin oyunlarının vaxtı müəyyənləşdi
"Çelsi"dən La Liqa klubuna - Rəsmi
"İmişli" - "Neftçi": Heyətlər
"Qarabağ"dan ayrılan Veşoviçin yeni klubu açıqlandı
"Vest Hem"in futbolçusu "Fənərbaxça"ya keçdi - Rəsmi
"Qalatasaray" Nelsonu icarəyə verdi
"Bavariya"dan PSV-yə
Qadın futbolunda yeni transfer rekordu
"Mançester Siti" Ruben Diaşla müqaviləni uzatdı
Azərbaycanda oynayırdı, Rumıniya klubuna keçdi
Dzeko 21-ci əsrin "10-luğ"unda
Məsiyev Riera və 7 futbolçuya sarı vərəqə göstərdi