"Enfild"in tutumu artırılır

"Enfild"in tutumu artırılır
XƏBƏR 12 Fevral 2020 / 21:29 3260
-  A +

"Liverpul"un ev oyunlarını keçirdiyi "Enfild" stadionunun azarkeş tutumu artırılır.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, stadionun tribunalarındakı oturacaqların sayı 7.000 ədəd artırılaraq, 61.000-ə çatdırılacaq.

Klub rəhbərliyi stadionun təmiri üçün 71 milyon avro ayırmaq niyyətindədir. Təmir işlərinin bu il başlanacağı bildirilib.

Proses planlara uyğun şəkildə davam edərsə, stadion 2022-2023-cü illər mövsümünə hazır olacaq.


Son xəbərlər