“Barselona”nın sabiq futbolçusu Kristoff Düqarri klubun hazırkı rəhbərliyini tənqid edib.
Qo.az “El Mundo Deportivo”ya istinadən xəbər verir ki, o, Kataloniya təmsilçisini “təlxəklər klubu” adlandırıb: “Onlarda hər şey tərsinədir. Məsələn, Koutinyo və Dembeleni aldılar, indi isə satmağa hazırdırlar. Məndə belə bir təəssürat yaranıb ki, klubun uzunmüddətli layihəsi yoxdur. İndi onlar üçün prioritet yeni müddət üçün prezident seçməkdir. Klubda fikir-ayrılıqları var. “Barselona”nın problemi çoxdur. Klubda peşəkarlıqdan uzaq xeyli insan toplaşıb”.
Qeyd edək ki, 1998-ci ildə Fransa millisi ilə dünya çempionu olan Düqarri 1997-98 mövsümündə “Barselona”da oynayıb.
Reşford zədələndi
“Fənərbaxça” xal itirdi
“Barselona” səfərdə darmadağın edildi - Video
“Şamaxı” 3 xalı 1 qolla qazandı - Video
“Səhvlərimizi etiraf edirik“ - Kaxaber Sxadadze
“Sabah”ın oyunçusunun bel sümüyü sındı
Ayxan Abbasov: “Fasilə dönəmi ilə bağlı planlarımız var“
“Eyüpspor” Selçuk Şahinlə yollarını ayırdı
“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır
“Sabah” və “Şamaxı” səfərdən 3 xalla qayıdır
“Qalatasaray”ın müdafiəçisi 3-4 həftə oynaya bilməyəcək
“Sabah”ın səfər qələbəsi - Video