"Tottenhem"in baş məşqçisi Joze Mourinyo komandanın sabiq futbolçusu Kristian Eriksen haqda danışıb.
Qol.az xəbər verir ki, 56 yaşlı mütəxəssis danimarkalı yarımmüdafiəçinin komandadan ayrılacağını əvvəlcədən bildiyini deyib: "Uzun vaxtdır ki, xəbərimiz var idi. Bura gəldiyim gündən mənə gedəcəyini söyləmişdi. Mən və Daniel Levi vəziyyəti ağıllı tərzdə dəyərləndirməyə çalışdıq. Eriksenin o vaxt işləmək üçün həvəsi yox idi. Tobi Alderveireldi də yeni müqavilə üçün razı salmağa çalışdım. Amma mənə bəzi şübhələri olduğunu dedi. Eriksen də qərarını vermişdi. Mən də onsuz komanda qurmağa çalışdım. Kristianı oynatmamağımın səbəbi bu idi. O, çox peşəkar futbolçudur və kluba hörmət edirdi. Burada keçirdiyi son günədək komanda yoldaşlarına kömək etmək üçün əlindən gələni etdi".
Qeyd edək ki, K.Eriksen bir neçə gün öncə "İnter"ə transfer olunub.
Oskar karyerasını başa vurur
Azərbaycan millisinin 4 boksçusu 1/4 finalda
Fransa klubunun yeni baş məşqçisi məlum oldu
Nərimanın atası danışdı
Alkantara İspaniya klubunun təklifini rədd etdi
La Liqanın ən bahalı futbolçuları
Elvin gündəm olan o uşağı ziyarət etdi - Video
"Brentford"un hücumçusu Premyer Liqada hamını qabaqladı
"İnter"in futbolçusu 1 ay oynamayacaq
Premyer Liqada ayın ən yaxşı məşqçisi açıqlandı
AFFA rəhbərliyi Ulu Öndərin xatirəsini yad edib - Şəkillər
"Liverpul"da Salah gərginliyi - Qərar sabah verilə bilər
"Real"dan Vinisiusa ultimatum
Qurban Qurbanov 2025-ci ilin ən yaxşı məşqçisi seçildi