47 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizəd Səbuhi Abbasov “Energetik” futbol klubu və “Zona 45” azarkeş qrupunun üzvləri ilə görüşüb.
Qol.az-ın məlumatına görə, Səbuhi Abbasov çıxışında bildirib ki, Mingəçevirin tarixinə qızıl hərflərlə yazılmış “Energetik” klubu hazırda acınacaqlı durumdadır:
“Bilirsiniz ki, fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu seçkilər Prezident İlham Əliyevin müəllifi olduğu islahatlar prosesinin ən mühüm tərkib hissəsidir. Ölkəmiz bütövlükdə yeni bir mərhələyə qədəm qoyur. Çox istərdik ki, bu mərhələdə “Energetik” klubunun tarixində də yeni səhifə açılsın. Bu klubu öhdəsinə götürən aidiyyatı qurum yoxdur. Ümid edirik ki, AFFA rəhbərliyi “Energetik” klubunun problemləri ilə maraqlanacaq və komandaya lazım olan ən minimum ehtiyacların ödənməsi üçün vəsait ayıracaq”.
“Energetik” klubunun prezidenti Ruslan Həmidov isə qeyd edib ki, futbolçuları 2 ilə yaxındır maaş almırlar. Onlar məhz şəhərin adını yaşatmaq üçün heç bir təmənna güdmədən futbol oynayırlar:
“Bizim vəziyyətimiz həddindən artıq pisdir. İki ildir futbolçular maaş ala bilmir. Bir neçə aidiyyatı qurumlara müraciət etsək də, hələlik heç bir nəticə yoxdur. “Energetik”in futbolçuları gənclərdən ibarətdir. Mingəçevir futbol şəhəridir. Bizim keçən il “Sumqayıt”la oyunumuza 3500 azarkeş gəlmişdi. Burdakı insanlarda futbol yanğısı var. Biz “Energetik” üçün milyonlar istəmirik. Heç olmasa, futbolçulara 250-300 manat maaş verə bilək. Bizi əvvəllər “Azərenerji”nin prezidenti Etibar Pirverdiyev maliyyələşdirirdi. O işdən azad olunandan sonra komanda sahibsiz qalıb. Ümid edirik ki, AFFA prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov bizim köməyimizə çatacaqlar və komandanın vəziyyətinin yaxşılaşması üçün yardım edəcəklər. Fevralın 8-də Region Liqasında ikinci dövrə başlayır. Amma biz hələ də bilmirik ki, necə davam edəcəyik. Halbuki, komanda 1-ci yerdə gedir”.
Klubun prezidenti sonda bildirib ki, Səbuhi Abbasov hər zaman “Energetik”ə qarşı həssas olub və yaranmış problemləri mediada işıqlandırıb: “Bütün klubumuzun üzvləri və azarkeşlərimiz 9 fevralda Səbuhi Abbasova səs verəcəyik”.
Görüşün videosu
“Arsenal” Bundesliqada çıxış edən qapıçı ilə maraqlanır
"Real" bəzi futbolçuları ilə sağollaşmağa hazırlaşır
İngiltərə klubunda yeni antirekord
“Qarabağ”dan möhtəşəm qələbə - Video
"Mançester Siti"dən inamlı qələbə, Haaland dubl etdi
Türkiyədə baş məşqçi klubu tərk edir
“Kadinin yoxluğu təsirsiz ötüşmür” - Qurban Qurbanov
Azərbaycanın dünya boksunda 8-ci qızılı
“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz-Naxçıvan”a qalib gəldi
Qurbanova GÖZƏL dəstək
"Milan" liderlik yolunda büdrədi
"Barselona" klubu ərəb şahzadəsinə satıla bilər
La Liqada oyun təxirə salındı
Tahir Gözel Əkbərlə görüşdü
"Hər halda bizim avrokuboklara vəsiqə qazanmağımızı gözləmirsiniz" - Kaxaber Sxadadze
"Qarabağ" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Viktor Qonçarenko milli komandanın baş məşqçisi olacaq
"Zirə"nin futbolçusu Afrika Millətlər Kubokuna gedir
Müharibə bitməsə, beynəlxalq yarışlara buraxılmayacaqlar
"Bu məğlubiyyət bizi sarsıtmayacaq" - Ceyhun Nuriyev
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Məşhur güləşçi karyerasını başa vurdu
Finalda PSJ ilə “Flamenqo” üz-üzə gələcək
"Real" "Bavariya"nın futbolçusu ilə razılaşdı
Salah meydana qayıtdı, rekord qırdı
Kökçünün komandası böyük hesabla uduzdu
"Qalatasaray"ın 4 qollu qələbəsi - Video
Juninyo bu kluba satılır
"Qalatasaray" və "Rizespor"dan böyükhesablı qələbə
Silva PSJ-nin baş məşqçisi olmaq arzusundadır
"Sabah" Tovuzdan 3 xalla qayıtdı - Video
Neymarın “Santos”la müqaviləsi ertələndi
FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
Braziliya millisində Ançelotti dönəmi davam edəcək
“Şamaxı”nın qələbəsindən - Video
Premyer Liqanın ən sürətli qolunu vurdu
"Atletiko" doğma meydanda qələbə qazandı
“Bu səhvləri etməməli idik” - Kurban Berdiyev
"Şamaxı" "Zirə”yə, "Sabah" "Turan Tovuz"a qalib gəldi
Braziliyalı futbolçu karyerasını başa vurdu
Azərbaycan boksçusu dünya çempionu oldu