"Mançester Yunayted" Fernandeşlə müqavilə bağladı

"Mançester Yunayted" Fernandeşlə müqavilə bağladı
DÜNYA FUTBOLU 30 Yanvar 2020 / 23:00 2661
-  A +

“Mançester Yunayted” yeni transferi Bruno Fernandeşlə müqavilə bağlayıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi 5.5 illik sözləşməyə qol çəkib.
Britaniya mətbuatı “mankunyanlar”ın  bu transfer üçün “Sportinq”ə 55 milyon avro ödədiyini yazıb.

Qeyd edək ki, portuqaliyalı futbolçu bu mövsüm “Sportinq”də 28 oyuna 15 qol vurub, 14 məhsuldar ötürmə edib.

Son xəbərlər