Dünən Xorvatiya ilə oyunöncəsi son məşqini keçirən futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli federasiyyanın saytına müsahibə verib. Qol.az xəbər verir ki, o, görüşə çox ciddi hazırlaşdıqlarını bildirib.
- İlk dəfə iştirakçısı olduğumuz dünya çempionatına gedən yol Xorvatiyadan başlamışdı. Eyni məkanda ikinci uğuru qazanmaq üçün komanda hazırdırmı?
- Həmin uğuru təkrarlamaq mümkündür. Amma əvvəlki illərlə müqayisədə vəziyyət bir qədər fərqlidir. Əvvəllər millinin aparıcı üzvləri baza klub hesab edilən “Araz”da cəmləşmişdilər. Onda taktiki tapşırıqlar və standard vəziyyətlər üzərində daha çox işləmək üçün vaxtımız çox olurdu. İndi isə əksər futzalçılar fərqli komandaların heyətində çıxış edirlər. Artıq baş məşqçiyə tapşırıqlarını mənimsətmək bir qədər vaxt aparır. Beş il əvvəl keçirilən oyunlar zamanı da mən millinin heyətində idim. Müqayisə etsək, rəqibin heyətində daha çox dəyişikliyin olduğunu vurğulamalıyam. Demək olar, heyətlərində legioner futzalçı yoxdur. Bu baxımdan, cüzi də olsa üstünlüyümüz var və bundan maksimum istifadə etməliyik.
- Oyunöncəsi son məşqdəki vəziyyət hansısa narahatlığa əsas verdimi?
- Əhval-ruhiyyə yaxşıdır. Hamı Xorvatiya ilə oyuna köklənib. Halbuki Bakıda Özbəkistanla görüşlər zamanı yanaşma belə deyildi. Hər kəs üzərinə düşən məsuliyyəti bilir. Fikrimcə, bu cür nizam-intizam Xorvatiya ilə görüşdə nəticəsini verməlidir.
- Yanvarın 25-dən məşqlər Osiek şəhərində keçirilir. Adaptasiya olmaq baxımından bu qədər zaman kifayət etdimi?
- Əlbəttə, həm zala, həm də yerli vaxta uyğunlaşmışıq. İlk gün yol yorğunluğunu üzərimizdən atdıq. İndi qalır yaradılan şəraitin qarşılığını vermək.
- Xorvatiya ilə oyunda nələrə diqqət yetirməlisiniz?
- Baş məşqçi rəqibi analiz edib, faydalana biləcəyimiz və ehtiyatlı olmalı olduğumuz məqamları bizə çatdırıb. Təbii ki, onların hamısını açıqlamağımız düzgün deyil, amma bəzilərini deyəcəm. Rəqibin müdafiədən hücuma necə çıxmağını və standart vəziyyətlərdən necə istifadə etdiklərini, hansı məqamlarda diqqətli olmağımızı baş məşqçi deyib, videolarda göstərib. Nə zaman pressinq tətbiq etməli olduğumuzu, hansı boşluqlarını xeyrimizə çevirə biləcəyimizi diqqətimizə çatdırıb.
- Rəqib standart vəziyyətləri yerinə yetirən zaman qapıçının da üzərinə böyük iş düşür...
- Onların bu cür vəziyyətlərdən necə istifadə etdiklərini özüm üçün analiz etmişəm. Təbii ki, qapıçının üzərinə böyük yük düşür. Mən də oyun zamanı komanda yoldaşlarımdan mənə necə kömək etməli olduqlarını tələb edəcəm.
- Xorvatiya ilə matçı ən azı pley-off-a vəsiqə baxımından kilid oyun hesab etmək olarmı?
- Məqsədimiz sırf pley-off-a vəsiqə qazanmaq deyil. Vəsiqəni birbaşa qazanmaq üçün gücümüz var və bunu dəyərləndirməliyik. Ancaq hər iki nəticə üçün bu matçı vacib görüş hesab etmək olar. Düzdü, Rusiya kağız üzərində qrupun favoriti, Xorvatiya isə ikinci yerə əsas namizəd kimi göstərilir. Biz isə bu proqnozu alt-üst etmək istəyirik.
İslamiadada Azərbaycanı onlar təmsil edəcək
“Liverpul”un müdafiəçisi sıradan çıxdı
Lennart Karl Musialanı geridə qoydu
Lionel Messi “İnter Mayami”də qalacaq - Rəsmi
Merih Demiral “Fənərbaxça”ya qayıda bilər
NBA çempionu həbs edildi
Çempionlar Liqasında həftənin ən yaxşısı o seçildi
Arda Güler: “Bellinqemlə birgə oynamaq böyük zövqdür”
Güləşçimiz bürünc medal görüşünə vəsiqə qazandı
“Barselona”da “El-Klasiko” öncəsi iki itki
Keyn Droqbanı geridə qoydu
1-ci liqa: Liderlərin oyununda 4 qol
Hamşikin oğlu "Kopenhagen"də
Azərbaycandan ayrılıb Gürcüstan klubuna keçdi
Daha 3 boksçumuz yarımfinalda - Avropa çempionatı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
Qurban Qurbanov əsəbiləşdi - Video
"Qarabağ"la oyunda əziyyət çəkdik" - Robert Navarro
Hakim Ziyeşin yeni klubu bilindi
Türkiyə klublarının oyunlarını yayımlayacaq kanallar
"Real" - "Yuventus" matçından - Video
“Araz-Naxçıvan”ın ÇL-dəki ilk 2 oyununun hakimləri
Arda Güler "Yuventus"la oyunun ən yaxşısı seçildi
“Qalatasaray” “Budo-Qlimt”i belə məğlub etdi - Video
Leandro Andradenin "San Mames"də vurduğu qol - Video
Güləşçimiz dünya çempionu oldu, milli rekorda imza atdı
"Qarabağ" Çempionlar Liqasında neçəncidir?
"Real" "Yuventus"a, "Qalatasaray" "Budo-Qlimt"ə qalib gəldi
"Qarabağ”ın Liqa mərhələsində ilk məğlubiyyəti
İlkay Gündoğandan böyük jest
Flikə verilən cəza qüvvədə qaldı - “El-Klasiko”da olmayacaq
Afrikada ilin futbolçusu adına namizədlər açıqlandı
Tahir Gözel oyundan əvvəl komandasına dəstək oldu
“Qarabağ”ın “Atletik”lə oyun üçün - Heyəti
Antuan Semenyo İngiltərə nəhənginin transfer hədəfində
Mark Quehi “Real”a keçə bilər
Elliot Andersona Premyer Liqanın 3 nəhəngi “elçi düşüb”
Levandovski “Mançester Yunayted”lə razılığa gəlib?
Yamal daha bir ilkə imza atdı
Birinci liqada 6-cı tura start verildi