"Xəyalımı gerçəkləşdirmək, "Real"da oynamaq, 2 kubok qazanmaq və çempionluq uğrunda mübarizə aparmaq çox gözəl hissdir. Hər gün Valdebebasa gələndə bu barədə düşünürəm. Gələcəkdə daha böyük sevinclər yaşamaq üçün çalışırıq".
Qol.az xəbər verir ki, bu sözləri "Real"ın qapıçısı Tibo Kurtua komandası haqda klubun saytına danışarkən dilə gətirib.
Belçikalı qolkiper "kral klubu" haqqında olan xatirələrinin komandanın sabiq qapıçısı İker Kasilyasla bağlı olduğunu deyib: "Real"ın barəsində ilk xatirələrim İker Kasilyasın oyunları ilə əlaqədardır. Uşaq ikən onu tanıyıb, komandanı izləməyə başlamışam. Anam fizioterapevt olub. Onun "Real" azarkeşi olan və matçlara gedən xəstəsi vardı. Bir dəfə mənə Kasilyasın formasını hədiyyə etdilər. O andan sonra həmişə bu komandanı izlədim və burada oynamağı arzuladım".
Qeyd edək ki, İ.Kasilyas 1998-2015-ci illərdə Madrid təmsilçisinin formasını geyinib.
Xatırladaq ki, T.Kurtua 2018-ci ildən "Real"da çıxış edir.
100-cü oyun
“Azərsun Arena”da qol səssizliyi - Video
“Real” - “Barselona” oyununda qalmaqal - Şəkil
“El-Klasiko”da 3 qol vuruldu
Ayxan Abbasov: "Qarabağ"a qarşı çəkinmədən mübarizə apardıq"
“Qarabağ”dan gözlənilməz xal itkisi, “Neftçi”dən qələbə
Abubakardan Azərbaycandakı debütü ilə bağlı - İlk açıqlama
Samir Abasovdan qələbə şərhi
"Sabah"ın U-12 komandası Türkiyədə çempion oldu
“Qarabağ” - “Şamaxı”: heyətlər
Qazaxıstanda çempion son turda müəyyənləşdi
“Bavariya”dan əsrin rekordu
Qadın futbolunda yeni mərhələ başlayır
“Gəncənin futbol əfsanələri” şurası yaradılıb
Ababukar bu gün Azərbaycanda debüt edə bilər
"Qəbələ" - "Neftçi": Heyətlər