İbrahimoviçin adı "Milan"ın iştirak ərizəsində

İbrahimoviçin adı "Milan"ın iştirak ərizəsində
DÜNYA FUTBOLU 5 Yanvar 2020 / 21:40 4461
-  A +

“Milan”ın yeni transferi Zlatan İbrahimoviç “qırmızı-qaralar”a qayıdışından sonra sabah ilk rəsmi oyununa çıxa bilər.

Qol.az klubun rəsmi Tvitter səhifəsinə istinadən xəbə verir ki, 38 yaşlı hücumçunun adı A Seriyasında “Sampdoriya” ilə keçiriləcək matçın iştirak ərizəsinə salınıb.

Sabah keçiriləcək “Milan” – “Sampdoriya” matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, isveçli forvard artıq köhnə-yeni klubunda qol hesabını da açıb. O, yanvarın 3-də “Rodens”lə keçirilən yoxlama matçında (9:0) fərqlənib.

Son xəbərlər