AFFA danışılmış oyunlara görə növbəti cəzaları açıqlayıb.
Qol.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı xəbər yayıb.
Birinci divizionda çıxış edən “Neftçi-2”, MOİK və “Binə”nin bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçuları və digər futbol funksionerləri, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub.
Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq bütün adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:
“Qaradağ Lökbatan” (I Divizion)
1. Məmmədrzayev Tural – futbolçu
MOİK (I Divizion)
1. Həsənov Orxan – futbolçu
2. Ağakərimzadə Yamin – futbolçu
3. Yaqubzadə Raul – futbolçu
"Forza Neftçi" (Futzal, I Liqa)
1. Məmmədov Elmir – məşqçi
“Keşlə”
1. Babayev Mehman - məşqçi
2. Səfərov Asəf – klub rəsmisi
Qeyd: Siyahıda sanksiyaya məruz qalan şəxslərin son klubları göstərilib.
Aşağıda adları qeyd olunmuş şəxslər hazırda aktiv futbol fəaliyyəti göstərmirlər. Lakin gələcəkdə futbol sahəsində çalışmaq ehtimalı nəzərə alınaraq onların futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:
1. Elmin Çobanov
2. Natiq Səhrətov
3. Emin Cəfərquliyev
Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər. Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.
"Yuventus"da ciddi itki
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026
Asim Xudiyev Konfrans Liqasının matçında
DÇ-2026: Qitələrarası pley-offun püşkü atıldı
"Bavariya" qərarını verdi
Millimiz Bolqarıstana uduzdu
İki güləşçimiz İslamiadanın finalında
Elxan Abdullayevdən 1:6 hesablı məğlubiyyətə şərh
"Şahdağ Qusar" iki transfer etdi
"Prezident seçilsəm, ilk işim Messiyə zəng etmək olacaq"
Konte qayıtdı, fırtına səngidi
Kurtuaya görə 3 ən yaxşı qapıçı
UEFA-nın rəsmi saytı "Napoli" - "Qarabağ" oyunundan yazdı