Uruqvay millisinin üzvü "Qalatasaray"da

Uruqvay millisinin üzvü "Qalatasaray"da
DÜNYA FUTBOLU 25 Dekabr 2019 / 18:55 5263
-  A +

“Qalatasaray” heyətinə yeni futbolçu cəlb edir.

Qol.az xəbər verir ki, İstanbul klubu “Leyptsiq”in müdafiəçisi Marselo Saraççini transfer etməyə yaxındır.
 
Almaniya mətbuatı “Qalatasaray”ın 22 yaşlı futboçunu icarəyə götürəcəyini yazıb. Artıq klublar arasında razılıq əldə olunduğu bildirilir.
 
Qeyd edək ki, 2018-ci ilin yayından “Leyptsiq”də çıxış edən Uruqvay millisinin üzvü bu mövsüm Bundesliqada 4 oyuna çıxıb.

Son xəbərlər