Honda Hollandiya klubundan ayrıldı

Honda Hollandiya klubundan ayrıldı
DÜNYA FUTBOLU 23 Dekabr 2019 / 15:40 2990
-  A +

Noyabrda “Vitess”ə keçən Keysuki Hondanın Hollandiya karyerası çox çəkməyib.

Qol.az xəbər verir ki, Yaponiya millisinin sabiq üzvü komandanı tərk edib. Bu barədə klubun saytı xəbər yayıb.

33 yaşlı yarımmüdafiəçi “Vitess”də uğurlu çıxış etmədiyi üçün bu qərarı verdiyini bidirib.

Qeyd edək ki, Honda “Vitess”in heyətində Erediviziyada 4 oyuna çıxıb və heç nə ilə yadda qalmayıb.

Son xəbərlər