Nazim Süleymanovun rəhbəri olduğu Futbol Veteranlarının Həmkarlar İttifaqı fəaliyyət sahəsini bir qədər də genişləndirib.
Qurumdan Qol.az-a verilən xəbərə görə, ittifaq İmişli, Masallı, Lənkəran və Şirvanın ardından növbəti yerli təşkilatını Sumqayıtda yaradıb.
Sumqayıtın futbol ictimaiyyəti ilə daha böyük miqyasda görüş keçirməyi planlaşdıran təşkilatın təsis toplantısına 30-a yaxın şəxs qatılıb. Yerli təşkilatın yaradılmasının zəruriliyi qeyd edilib və üzvlər arasında yetkinliklə razılıq ifadə olunub.
Ardında iclasın sədri və katibi seçilib. Sədr Zahir Həsənov, katib isə İsabala Əliyev olub. AFFA Həmkarlar İttifaqının nizamnaməsi yerli təşkilat tərəfindən qəbul edilib. Sumqayıt şəhər futbol ictimaiyyətinin yerli həmkarlar təşkilatının Həmkarlar İttifaqının tərkibinə daxil olması və xidmətə götürülməsi haqqında məsələyə baxılıb və müsbət rəy verilib.
"Real”ın futbolçusu sıradan çıxdı
Haalandın bombardirlər arasında da rekordu var
"Portuqaliya mən gələnədək heç nə qazanmamışdı"
"Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxır
“Qarabağ”la oyunda zədələnən Laviya uzun müddət oynamayacaq
“Ayaks” baş məşqçisi ilə yollarını ayırdı
"Fiziki cəhətdən zəif təsir bağışladıq" - Yevgeni Kukseviç
Lukmanla baş məşqçi arasında soyuq küləklər əsir
Futzal millimiz məğlub oldu
Fransa yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlandı
“Araz-Naxçıvan”ın 1/8 finaldakı rəqibi müəyyənləşdi
Mourinyo: "Mən hakimi sevmirəm, o da məni"