AVRO-2020-nin Bakıda keçiriləcək 4 oyunu üçün birbaşa bilet satışı mərhələsi açıq elan olunub.
Qol.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər bilet satışı portalı (euro2020.com/bakutickets) vasitəsilə A qrupunun Bakı Olimpiya Stadionunda keçiriləcək 3 oyunu, həmçinin 1/4 final mərhələsinin 1 qarşılaşmasına biletləri birbaşa ödəniş etməklə əldə edə bilərlər.
Birbaşa satış mərhələsindən öncə 4-18 dekabr tarixlərində bilet satışının lotereya mərhələsi keçirilib. Lotereya mərhələsində iştirak edən və müraciətlərini uğurla tamamlayan bütün azarkeşlər bilet sahibi hesab edilirlər. Onlar 2020-ci il yanvar ayının sonunadək e-mail bildiriş alacaqlar və bundan sonra ödənişi həyata keçirib biletlərini əldə edə bilərlər.
Bilet satışı yalnız onlayn həyata keçirilir. Müraciət edənlər özü də daxil olmaqla, hər oyuna maksimum 4 bilet ala bilər.
Oyunlara biletlər 3 kateqoriyada təqdim olunur.
Birinci kateqoriya 125 avro, ikinci kateqoriya 75 avro, üçüncü kateqoriya 30 avro dəyərində olacaq.
Fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan biletlər oturacağın yerindən asılı olmayaraq, ən aşağı qiymətə satılan 3-cü kateqoriya biletləri ilə eyni qiymətə - 30 avroya satılacaq və onları müşayiət edən bir nəfər üçün bilet pulsuz veriləcək.
Öncədən bəlli olduğu kimi, A qrupunun 3 oyunu, həmçinin 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.
Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb. Bakıda keçiriləcək oyunların təqvimini diqqətinizə çatdırırıq:
13 iyun, saat 17:00
Uels - İsveçrə
17 iyun, saat 20:00
Türkiyə - Uels
21 iyun, saat 20:00
İsveçrə - Türkiyə
4 iyul, saat 20:00
1/4 final oyunu
A qrupunda mübarizə aparacaq İtaliya milli komandası bu mərhələdəki hər 3 oyununu Roma şəhərindəki "Olimpiko" stadionunda keçirəcək.
30-cu sülh
"Qəbələ"nin ilk məğlubiyyətindən - Video
"Yamal Messi deyil"
Mərdəkanda 2 qol, 1 "qırmızı" - Video
"İkinci sarı vərəqə "ucuz" qərar idi" - Elmar Baxşıyev
"Komandamız pis təsir bağışlamadı" - Yunis Hüseynov
"Araz-Naxçıvan" "Turan Tovuz"la bərabərə qaldı
Flikdən La Liqaya sərt tənqid
"Neftçi" "Qarabağ"la matça 4 itki ilə çıxacaq
"Qəbələ" ilk məğlubiyyətini aldı, "Karvan"dan heç-heçə
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər
“Turan Tovuz” AFFA-ya şikayət etdi, yekun qərar verildi
1-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
PSJ onunla 5 illik müqavilə imzalayır
Het-trik etdi, ən yaxşı seçildi
"Mançester Yunayted"in yetirməsi vəfat etdi
38 yaşlı kapitanla müqavilə uzadıldı
Xəbərlərimiz daha əlçatan oldu!
Alman klubu Emreli ilə danışıqlara başladı – Rəsmi
"Çelsi"nin baş məşqçisi: "Nəticədən narazıyıq"
Bundesliqanın ən yaxşısı açıqlandı
Maquayr: "Lion" dəliliyin təsviridir"
Messi gələcəyi haqda
De Byazi Fernandu Santuşdan danışdı
Avrokuboklarda yarımfinalların təqvimi
Azərbaycanın və klublarımızın UEFA reytinqi