"Son vaxtlar klubun büdcəsi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə müzakirələr gedirdi. Deyilənlərdə də müəyyən həqiqətlər vardı. Klubun təsisçisi "Gilan Holdinq"dir. Bizə şifahi şəkildə bildirmişdilər ki, büdcə azaldılacaq. Ona görə də sponsor axtarırdıq və hazırda da görüşmələr davam edir. Artıq "Jalə" Şirələri ilə anlaşmışıq".
Bunu "Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov əyalət təmsilçisinin yeni sponsoru "Jalə" Şirələri ilə əməkdaşlıq müqaviləsi imzaladıqları mərasimdə deyib.
Klub rəhbərinin sözlərinə görə, əlavə sponsorların cəlb edilməsi üçün axtarışlar davam edir: "Maliyyə məsələsi ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədovla görüşümüz oldu. Bildiyiniz kimi, AFFA bir sıra klublara maliyyə dəstəyi verir. Biz də belə bir dəstək üçün müraciət etmişdik. Federasiyadan bildirildi ki, qurumun büdcəsi illik təsdiq olunduğu üçün hazırda bizə maliyyə dəstəyi verə bilməyəcəklər. "Qəbələ" ilə bağlı AFFA İcraiyyə Komitəsində hansı müzakirələrin getdiyindən xəbərsizik. "Qəbələ" kimi klubun dağılması Azərbaycan futbolu üçün zərbə olardı. Hazırda başqa sponsorlarla da danışıq gedir. "Qəbələ" yaşayacaq".
Nəcəfov AFFA-dan da maliyyə dəstəyi gözlədiklərini vurğulayıb: "Klublar və İcraiyyə Komitəsi AFFA tərəfindən klublara ayrılan maliyyə vəsaiti müəyyən meyarlar əsasında olmalıdır. Başqa ölkələrdə də bu təcrübə var. AFFA tərəfindən vəsait hansısa meyarlara görə klublar arasında bölünərsə, biz də həmin siyahıda olmaq istərdik. Açığı, belə bir dəstəyi gözləyirik. İstəyir Müşahidə Şurası olsun, istərsə də prezident strukturu - klublar müstəqil olmalıdır, AFFA-dan pul almamalıdırlar. Elxan Məmmədovun da dediyi kimi, iş adamları cəlb edilməlidir. Onlara da sponsorluğa görə müəyyən güzəştlər edilməlidir".
Klub prezidenti "Gilan Holdinq"in "Qəbələ"nin təsisçisi kimi qalacağını vurğulayıb.
"Jalə"nin Marketin direktoru Amid Səfərov əməkdaşlıqdan məmnun olduqlarını bildirib. O, hər iki brendin Azərbaycanı layiqincə təmsil edəcəyinə inandığını bildirib.
Qeyd edək ki, 1,5 illik sözləşməyə əsasən, "Jalə" brendi əsas komandanın oyun formasında əksini tapacaq (Report).
"Barselona" onunla yeni müqavilə imzaladığını açıqladı
"Qarabağ"ın Avstriyadakı oyununda 9 qol - Video
“Qarabağ” Ukrayna komandasına uduzdu
"Şamaxı" növbəti transferini rəsmən açıqladı
“Qalatasaray” - “Napoli” danışıqlarında son durum
“Karvan”dan yayın ilk transferi
"Zirə"də yeni müqavilə - Rəsmi
"Araz-Naxçıvan" Superliqanın 2 təmsilçisi ilə qarşılaşacaq
Misli Premyer Liqasının püşkü bu tarixdə atılacaq
"Zirə"nin rəqibinin ulduz futbolçusu karyerasını başa vurdu
"Sabah" - "Çelye" oyununa nə qədər bilet satılıb?
“İmişli”də yeni qapıçı
Teo Ernandesin transferi tamamlanmaq üzrədir
"Real" oyunun təxirə salınmasını istəyir
Azərbaycan Premyer Liqasında 12 klubdan 5-nin baş məşqçisi əcnəbidir - Bəs, İliç kimdir?
"Sumqayıt" yeni baş məşqçisini açıqladı
"Şamaxı"dan ayrılan futbolçu bu kluba keçdi
"Əl-Əhli"nin hədəfi Messidir
"Bakı və "Qarabağ" həmişə qəlbimdə yer alacaq" - Jezniçak
QOL.az-dan yeni imkanlar...
Mbappe "Real"da heç kimin bacarmadığını etdi
Millimiz Avropa çempionatında ikinci yeri tutdu
"Turan Tovuz" Türkiyəyə getdi
Kuboku yenə Meksika qazandı
Gürcüstan millisinin üzvü “Sportinq”də
Donnarumma ağır zədəyə səbəb olduqdan sonra şoka düşüb
Avropa çempionatında 1 gümüş, 2 bürünc medal
Millimizin qapıçısı sabiq klubuna qayıtdı
"Zirə"nin Boluda ilk məşqi - Şəkillər
"Fənərbaxça" yeni transferini açıqladı
"Atalanta" onu "Nyukasl"a buraxmır
Patrik Vieyra onun transferinin qarşısını aldı
"Mançester Yunayted"in yeni hədəfi bilindi
"Şamaxı"dan legioner transferi - Rəsmi
Yalnız "Tottenhem"i istəyir
"Arsenal" Gyökereşin transferinə yaxınlaşır
"Qarabağ" və "Zirə"dən daha çox transfer gözləntiləri var"
"Portu"nun yeni baş məşqçisi açıqlandı
Subimendi "Arsenal"da - Rəsmi