Madridin “Atletiko” klubunun qapıçısı Yan Oblak “Marca” nəşrinə verdiyi müsahibədə futbolçu karyerasında yadda qalan məqamlarla bağlı danışıb.
Qol.az xəbər verir ki, 26 yaşlı sloveniyalı qapıçı 2017/18 mövsümündə Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirdikləri matçları təəssüflə xatırlayıb.
“Həmin mövsüm bizim üçün ağır keçdi. Xüsusən “Qarabağ”la matçları qeyd edərdim. Onları iki oyunun heç birində məğlub edə bilmədiyimizə görə ÇL-də qrupda qaldıq. “Qarabağ”a hörmətimi vurğulamaqla yanaşı deməliyəm ki, bunu heç kim onlardan gözləmirdi. Həqiqət isə budur ki, onlar yaxşı müdafiə olunurdular. Bu səbəbdən də biz istəyimizə nail ola bilmədik” – deyə slovenyalı futbolçu bildirib.
Bununla belə, Oblak həmin mövsümdə Avropa Liqasının qalibi olmalarını və La Liqada ikinci yeri tutmalarını müsbət məqam kimi qeyd edib.
Bizi Facebookda da izləyin!
“Sumqayıt” 50-yə çatdı
Endrik “Real”dan gedə bilər
PSJ-dən ayrılmaq istəyir
Azərbaycanda çalışmış baş məşqçi Türkiyə klubundan ayrıldı
Onun da adı Şöhrət Zalına daxil edildi
Azərbaycan kubokunda 1/8 finalçılar müəyyənləşdi
Azərbaycanın cüdo millisi hazırlığı Bakıda davam etdirir
Taekvondoçumuz dünya çempionatında bürünc medal qazandı
“Bu, mənim üçün çox vacib idi” - “Qəbələ”nin baş məşqçisi
Kevin De Brüyne əməliyyat olundu
“Barselona”ya Pedridən pis xəbər
“Mançester Siti” Rodri ilə danışıqlara başladı
Avropa çempionatına gedəcək cüdoçularımız müəyyənləşdi
"Asan qələbə olmadı" - "Sumqayıt"ın baş məşqçisi
"Real"ın futbolçuları Xabi Alonsodan narazıdırlar
Bakıya nə qədər "Çelsi" azarkeşi gələcək?