“Neftçi” Azərbaycan kubokunda ardıcıl 3-cü ev məğlubiyyətini alıb.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, bakılılar 1/4 finalın ilk oyununda “Sumqayıt”a 0:1 hesabı ilə uduzub. Paytaxt təmsilçisi bundan əvvəl öz meydanında keçirdiyi son iki qarşılaşmada da məğlubiyyətə üzülüb. “Ağ-qaralar” 2018/19 mövsümündə 1/4 finalda “Sumqayıt”a 0:2 hesabı ilə məğlub olub. 2017/18 mövsümündə yarımfinala qədər irəliləyən “Neftçi” öz meydanında “Qəbələ”yə yenilib – 1:3.
Bakılıların evdə uduzmadığı son kubok görüşü 2 il əvvələ təsadüf edib. 2017/18 mövsümünün 1/4 finalında “Zirə” üzərində 2:0 hesablı qələbə əldə olunub.
Bu, klub tarixində yeni antirekorddur. “Ağ-qaralar” 27 ildir daimi iştirakçısı olduğu yarışda bunadək ardıcıl üç ev qarşılaşmasında məğlubiyyət almamışdı.
Oskar karyerasını başa vurur
Azərbaycan millisinin 4 boksçusu 1/4 finalda
Fransa klubunun yeni baş məşqçisi məlum oldu
Nərimanın atası danışdı
Alkantara İspaniya klubunun təklifini rədd etdi
La Liqanın ən bahalı futbolçuları
Elvin gündəm olan o uşağı ziyarət etdi - Video
"Brentford"un hücumçusu Premyer Liqada hamını qabaqladı
"İnter"in futbolçusu 1 ay oynamayacaq
Premyer Liqada ayın ən yaxşı məşqçisi açıqlandı
AFFA rəhbərliyi Ulu Öndərin xatirəsini yad edib - Şəkillər
"Liverpul"da Salah gərginliyi - Qərar sabah verilə bilər
"Real"dan Vinisiusa ultimatum
Qurban Qurbanov 2025-ci ilin ən yaxşı məşqçisi seçildi