"Qarabağ"ın hücumçusu Mahir Emreli Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda"Keşlə" üzərində 1:0 hesablı qələbədən sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Həqiqətən bərabər səviyyəli oyun gedirdi. Sadəcə ikinci hissədə topa daha çox nəzarət etməyə başladıq. Sonda da şükürlər olsun ki, qol vura bildik. Buna görə də cavab qarşılaşmasına yaxşı əhval-ruhiyyə ilə hazırlaşacağıq. Amma bu nəticə hələ heç nə demək deyil. Çünki 1 top elə böyük fərq deyil. 3 gün vaxtımız var. Düşünürəm ki, bu müddət ərzində ikinci görüşə hazırlaşmaq lazımdır.
- Ümumiyyətlə, "Keşlə" ilə ardıcıl 2-ci dəfə qarşlaşırsınız. Hələ cavab görüşü də var. Yəni, ardıcıl 3 matçda 1 rəqibə qarşı oynamaq motivasiya verir, yoxsa çətinlik yaradır?
- Düzdür, köklənmək bir az çətin olur. Amma sonda düşünmək lazımdır ki, əlimizdə olan budur. Bu, bizim işimizdir. Ona görə də heç bir bəhanə uydurmalı deyilik ki, rəqib eynidir və ya son matçdır. Çıxıb, öz oyunumuzu oynamalıyıq.
- Öz meydanınızda qol buraxmadan 1:0 hesabı ilə qələbə qazanmağınız hardassa üstünlük sayılır. Cavab görüşü üçün şansları necə dəyərləndirirsiniz?
- Bizim və ya onların üstün olduğunu deyə bilmərəm. Mənə görə qarşıdakı oyun üçün şanslar bərabərdir.
- İl başa çatır. Kimi Azərbaycanın ən yaxşı futbolçusu sayırsınız? Özünüzu və ya başqa bir futbolçunu?
- Özümü demək istəmərəm. Kimi layiq görürlərsə, ona da qismət olar.
- Ötən mövsüm Azərbaycan Premyer Liqasının bombardiri olmusunuz. Bu il fərqlənməyə nə mane olur?
- Özünüz bilirsiniz, 3 dəfə ard-arda zədə aldım. Ola bilər ki, bu, məni bir az geri saldı. Düzdür, 1 matç qalıb. Amma çalışacağam ki, gələcək mövsümə daha yaxşı formada olum.
- Fasilədən sonra daha yaxşı Mahir görə biləcəyik?
- İnşallah, təlim-məşq toplanışında maksimum hazırlaşıb, fasilədən sonra daha yaxşı formada olacağam.
- Milli komandada baş məşqçi vəzifəsi üçün Prosineçkinin adı hallanır. Bu mütəxəssisin dövründə də millidə çıxış etmisiniz. Prosineçkinin yığmanı çalışdırmasının tərəfdarısınızmı? Ümumiyyətlə, yerli məşqçinin gətirilməsini istəyərsiniz, yoxsa əcnəbi?
- Onun dövründə də komanda yaxşı oyun göstərirdi. Ən azından hər bir rəqibə qarşı başabaş mübarizə aparırdıq. Amma baş məşqçi kim olur, olsun, hər bir futbolçu milli komanda üçün canını qoymalıdır. Bu, rəhbərlik səviyyəsində həll olunacaq bir işdir.
- Rəşad Sadıqov deyib ki, Prosneçkinin qayıdışını istəyirəm. Bəs, siz bunu istəyirsiniz?
- Mən də qayıtmağını istəyərəm.
İlin futbolçusu seçildi
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı
Fransa Superkubokunun oyunu başqa ölkədə keçiriləcək
Elçin Məsiyev zədələndi, oyunun hakimi dəyişdi
"İnter" derbiyə itki ilə çıxacaq
Bellinqem, Palmer, Virtz, Vitinya...
Zədəli Osimhenin durumu açıqlandı
İlin klubu adına namizədlər hansılardır?
Azərbaycan güləşçisi İslamiadada finala yüksəldi