"Tottenhem"in baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Bavariya"ya məğlubiyyəti şərh edib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, məğlubiyyətə baxmayaraq, pley-offda Münhen klubu ilə qarşılaşmaq istədiklərini deyib: "Bəzi futbolçular ilk dəfə mənim rəhbərliyim altında oynayırdılar. Mənim üçün məlumat yığmaq əhəmiyyətli idi. "Olimpiakos" üzərində qələbə qazanaraq pley-offa vəsiqəni rəsmiləşdirdiyimiz üçün risk edə bilərdik. Öz qərarlarımdan razıyam. Bu oyunla çoxlu informasiya topladım. 1/4 və ya yarımfinalda yenidən "Bavariya" ilə qarşılaşmağımızı istəyərdim".
Qeyd edək ki, ev oyununda Münhen klubuna 2:7 hesabı ilə uduzan "Tottenhem" səfər görüşündə də məğlub olub - 1:3.
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı