"Sabah"ın honduraslı hücumçusu Rocer Roxas Azərbaycan Premyer Liqasının 14-cü turunda evdə "Neftçi"yə 0:2 hesabı ilə məğlub olduqları matçdan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Mənə görə çox ağır matç oldu. Birinci hissədə yaxşı oynayırdıq. Amma çox təəsüf ki, ilk hissənin sonlarına yaxın standart vəziyyətdən qol buraxdıq. Oyun bundan sonra tamamilə dəyişdi. İkinci hissədə çox boşluqlar verdik. Çünki hesabı bərabərləşdirmək istəyirdik. "Neftçi" bundan istifadə edib, bizi əks-hücumda yaxaladı. Çünki hamımız irəlidə idik. Bu da futbolun bir hissəsidir.
- "Sabah"ın problemi nədir? Niyə belə qeyri-sabit çıxış edir?
- Bəlkə də ev oyunlarımızda bir az gərginlik olur. Çalışmalıyıq ki, qış fasiləsindən sonra həm ev, həm də səfər oyunlarında daha çox xal götürək. Çünki xüsusilə ev oyunlarında biz bunu etməsək, nəticəsi ağır olacaq. Evdə keçirdiyimiz matçlarda sabit çıxış etməyə çalışmalıyıq.
- Qış fasiləsinə qədər olan oyunu necə dəyərləndirirsiniz? Yəqin ki, sizin də ürəyinizcə deyil.
- Çempionatın ilk oyunları yaxşı başlamadı. Sonra müsbətə doğru bir az dəyişiklik oldu. Bu oyun bizim üçün çox önəmli idi. Xal qazansaydıq, yuxarı pillələrə daha da yaxınlaşa bilərdik. "Neftçi" böyük klubdur. Bu gün ölkənin ən yaxşı komandasını uda bilərdik.
- Öz çıxışınızla bağlı nə deyə bilərsiniz? Niyə oyununuz alınmır? İlk qolunuzu sonuncu dəfə kubok matçında divizion komamdasına vurdunuz. Nə üçün güclü rəqiblərə qol vura bilmirsiniz?
- Cavabını bilsəydim, deyərdim. Çempionat çox güclüdür. Bəxtiszliyimdəndir, nədəndir, bilmirəm. Həmişə mən meydana daxil olanda biz hesabda geri oluruq. Rəqib daha çox geri çəkilir. Mən boşluğu sevən oyunçuyam. O boşluğu tapa bilmirəm. Bu qarşılaşmada da elə oldu. Meydançaya daxil oldum, "Neftçi" də mərkəz müdafiəçisini oyuna daxil etdi. Cəmi 4 dəfə ayağıma top dəydi.
- "Sabah"ın ən uğursuz transferləridən hesab olunursunuz. Bu fikirlə razısınızmı?
- Bir az sadə olub, özünü tənqid etməyi də bacarmaq lazımdır. Mən boynuma alıram ki, hücumçu oynamalıdır. Məsələn, bir görüşdə 5 dəqiqə, digərində 30 dəqiqə meydanda olmuşam. Nə deyim, bu, məşqçinin seçimidir. Hörmətlə yanaşmalıyıq. Sənin əvəzinə meydançada oynayan komanda yoldaşına da dəstək olmalısan. Bu mənim futbol görüşümdür.
- Qarşıdan kubok oyunları gəlir. Bu barədə nə deyə bilərsiniz?
- Bu matçlar bizim üçün çox önəmlidir. Deyə bilərəm ki, ölüm-dirim oyunlarıdır. Çünki bu görüşlər 180 dəqiqədən ibarətdir. Biz ağıllı hərəkət edərək, bacardığımız qədər irəliləməliyik. Məncə, "Sabah" səfərdə daha yaxşı çıxış edir. Evdə niyə bu qədər zəif oynadığımız bilmirəm. Çalışmalıyıq ki, yaxşı nəticə əldə edərək, geri qayıdaq.
- Qış fasiləsindən sonra komandada qalacağınıza inanırsınız?
- Mənim may ayınadək müqaviləm var. Ümid edirəm ki, nə isə qəribə bir şey olmayacaq.
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video
Messi "İnter Mayami"də qalır
Arda Turan “Şaxtyor”da debüt oyununa çıxdı
Onlar da DÇ-2025-də yarımfinalçı oldular
“Zirə”nin rəqibindən növbəti qələbə
“Transferlər mənim nəzarətim altındadır” - Samir Abasov
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi
"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi
"Mançester Yunayted" 4 oyunçusu ilə yollarını ayırır
Fatih Terimin yerinə onu təyin etdilər
"Barselona" Niko Uilyamsla əlaqəni kəsdi
"İmişli" yayda 7 yoxlama oyunu keçirəcək
“Araz-Naxçıvan”ın rəqibi yoxlama matçında uduzdu
"Arsenal" yaponiyalı futbolçusu ilə yolları ayırdı
"Yuventus" kanadalı hücumçu transfer etdi
"Atletiko"nun futbolçusu "Betis"ə keçdi - Rəsmi