Xəbər verdiyimiz kimi, Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Avro-2020-nin A qrupunda Bakıda keçirəcəkləri oyunlar ərəfəsində paytaxtımızdakı məşq bazasını seçmək üçün ötən gün Azərbaycana səfər edib.
Qol.az xəbər verir ki, o, Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika stadionunda və “Bakcell Arena”da olub, stadionların durumu ilə maraqlanıb. Türkiyə millisinin iyunda Avro-2020-nin matçları zamanı məşq üçün “Tofiq Bəhramov” və ya “Bakcell Arena”nı seçəcəyi gözlənilir.
Bəs digər milli komandalar – İsveçrə və Uels təlim-məşq bazası üçün seçimini edibmi?
AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla Qol.az-a açıqlamasında bildirib ki, hələlik yalnız Uelsdən olan nümayəndələr bununla bağlı Bakıya səfər edib: “İsveçrədən hələ ki, gələn olmayıb. Uels nümayəndələri bir dəfə gəlib. Bakıda cəmi bir gün qaldılar. Bundan sonra da səfərləri gözlənilir. Gəlib baxacaqlar, stadionları özləri müəyyənləşdirəcəklər. Hələ ki, bizə bununla bağlı məlumat verməyiblər”.
F.Abdulla yığmalarının oyunu üçün Bakıya gələcək azarkeş saynın hələlik məlum olmadığını da qeyd edib: “Bunu bilmək üçün hələ tezdir. Azarkeşlər üçün olan biletlər dekabrın 4-də satışa çıxıb. Satış ayın 18-nə qədər davam edəcək. Təxmini sayı bilet satışından sonra bilmək olar”.
Şenol Güneşin “Qarabağ”ın təlm-məşq bazasında olması xəbərinə isə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov münasibət bildirib. O, Qol.az-a açıqlamasında türkiyəli çalışdırıcının “Arərsun Arena”ya getmədiyini qeyd edib.
Qurbanova GÖZƏL dəstək
Juninyo bu kluba satılır
Silva PSJ-nin baş məşqçisi olmaq arzusundadır
"Sabah" Tovuzdan 3 xalla qayıtdı - Video
Neymarın “Santos”la müqaviləsi ertələndi
FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
Braziliya millisində Ançelotti dönəmi davam edəcək
“Şamaxı”nın qələbəsindən - Video
Premyer Liqanın ən sürətli qolunu vurdu
"Atletiko" doğma meydanda qələbə qazandı
“Bu səhvləri etməməli idik” - Kurban Berdiyev
"Şamaxı" "Zirə”yə, "Sabah" "Turan Tovuz"a qalib gəldi
Braziliyalı futbolçu karyerasını başa vurdu
Azərbaycan boksçusu dünya çempionu oldu
“Çelsi” bu dəfə niderlandlı futbolçunu hədəfə aldı