Azərbaycan Premyer Liqasının 13-cü turu Zelko Sopiçin “Sabah”ın baş məşqçisi kimi debütü ilə əlamətdar olub.
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, xorvatiyalının “Qarabağ”la qarşılaşmadakı debütü uğursuz alınıb. Bakı klubu 0:1 hesabı ilə uduzub.
Sopiç Premyer Liqa tarixində 56-cı legioner baş məşqçi olub. Bunadək 55 əcnəbi çalışdırıcı ya baş məşqçi, ya da bu vəzifənin müvəqqəti icraçısı kimi komandasını meydana çıxarıb.
Bu mütəxəssislər arasında oyun sayında rekord Kaxaber Sxadadzeyə məxsusdur – 211 oyun. Roman Qriqorçuk, Roman Pokora və Georgi Çixradzedə bu rəqəm 108-ə bərabərdir.
Sopiç “Sabah”ın tarixində komandanı Premyer Liqa matçına çıxaran ilk legioner baş məşqçidir. O, Azərbaycan çempionatlarında ikinci xorvatiyalı olub. 2005/06 mövsümündə “Olimpik” klubunu Stepan Çordaş çalışdırııb. Lakin onun Bakı klubu ilə Premyer Liqadakı debütü uğusuz alınıb. İlk üç turda cəmi 1 xal toplayan klub çalışdırıcı ilə yollarını ayırıb.
Azərbaycanda ilk
Messidən 2 qol ötürməsi
Azərbaycan UEFA reytinqində irəlilədi
"Kəpəz" onun transferini rəsmən açıqladı
Qurban Qurbanov: “Transferə ehtiyacımız var”
"Hesabı bərabərləşdirə bilərdik" - "Şelburn"un baş məşqçisi
“Qarabağ” Çempionlar Liqasının 3-cü mərhələsində!
Messi MLS-də ən yaxşı seçildi
"Karvan" "İmişli"yə qalib gəldi
"Qarabağ”ın Kəhəri fanatlar qarşısında - Video
"Qəbələ"də daha bir ayrılıq - Rəsmi
Özbəkistan millisinin üzvü "Başakşehir"də
"Qarabağ" - "Şelburn": Heyətlər
"İlk oyunun özündən tam razı qalmadım" - Valdas Dambrauskas
"Qarabağ"ın bugünkü oyununa nə qədər bilet satılıb?
Azərbaycan millisinin futbolçusu “Beşiktaş”la anlaşdı