"Sabah"ın futbolçusu Təmkin Xəlilzadə Azərbaycan Premyer Liqasının 13-cü turunda "Qarabağ"la oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Bu oyuna yeni baş məşqçi ilə hazırlaşmağa çox vaxtımız olmadı. Səhv etmirəmsə, 2-3 məşq birlikdə işlədik. Amma gözlədiyimdən də yaxşı alındı. Uşaqlar da çox əziyyət çəkdi, 90 dəqiqə mübarizə apardıq. Rəqibin kimliyindən asılı olmayaraq məqsədimiz üç xal idi. Hesabda geri düşəndən sonra bərabərlik qolunu vuraraq heç olmasa bir xal qazanmaq istəyirdik. “Qarabağ” sıradan rəqib deyil. Bu cür oyunla çempionatda yaxşı nəticələr qazana bilərik.
- Bəs, qələbə üçün nə çatmadı?
- Məncə, hücumda çoxala bilmədik. Top itkiləri az olsaydı, istədiyimiz hücumları qura bilərdik. Oyunun sonralarında penalti epizodu var idi. Əliyar Ağayevə yaxınlaşdım və soruşdum ki, “100 faiz gördün epizodu?”. O da gördüyünü dedi. Səbirsizliklə həmin epizodun təkrarını gözləyirəm. Penalti var idisə, demək ki, haqqımızı yeyiblər. Əgər penalti olsaydı, ən azından bir xal qazana bilərdik. Epizoda baxmaq lazımdır.
- Yeni baş məşqçi komandaya hansı yenilikləri gətirib?
- Gəldiyi gündən meydanda kompakt oynayıb, xətlər arası boşluqlara yol verməməli olduğumuzu deyib. Oyundan sonra baş məşqçi səhvlərimizi göstərəcək. “Qarabağ”a qarşı pis müdafiə olunmadıq, pis vuruşmadıq. Sadəcə, qol çatışmadı.
- Bu mövsüm ilk dəfə idi ki, “Sabah”ın start heyətində 8 yerli futbolçu meydana çıxmışdı...
- Onsuzda komandamız yerlilərdən təşkil olunub. Düzdür, legionerlər də var. Amma kimin oynayıb, kimin oynamayacağına baş məşqçimiz qərar verir. Məncə, pis təsir bağışlamadıq.
- İki gün keçməmiş kubok oyununa çıxacaqsınız. Çətin olmayacaq?
- Çətin olacaq. Amma bu bizim işimizdir. İndi evə gedəcəyik, 7-8 saat yatıb, sabah yenidən məşqə gələcəyik. Bizim işimiz budur.
- Qol vurmaqda çətinlik çəkirsiz. Problem hücum xəttindəki legionerlərdədir?
- Hendrik Ekşteyn, Ulisse Diallo və Amadu Diallonun çempionatında üç qolu var. Məncə, məhsuldarlıqları o qədər pis deyil. Bu gün hücumda Amadu ilə oynayırdım. Çox vaxt müdafiədə oynadığıma görə, epizoda girməkdə çətinlik çəkirdim. Sonradan meydana Hendrik Ekşteyn və Rocer Roxas da girdi. Bilmirəm, vaxtımız çatmadı, yoxsa gücümüz, hər halda baş məşqçi səhvlərimizi göstərəcək.
"Qarabağ" Avstriyadadır - Şəkillər
"Çelsi" 70 milyonluq transferini açıqladı
A seriyası klubunda yeni baş məşqçi
Brantueytlə yeni müqavilə imzalandı
Lyakazett də ərəb klubuna keçdi
Van Bronxorst rəsmən “Liverpul”da
Ciro İmmobile "Beşiktaş"dan ayrıldı
"Atletiko"dan 45 milyon avroluq transfer
"Qarabağ" Maksim Medvedevin təyinatını açıqladı
"Bayer"in yeni ev formaları - Şəkillər
"Sabah"ın Çempionlar Liasındakı rəqibləri müəyyənləşdi
İlk peşəkar müqaviləsini “Zirə” ilə bağladı
"Sabah"ın rəqibindən növbəti transfer
PFL 17 yaşında
Mirabdulla Abbasov Qırğızıstan klubunda
"Liverpul"dan "Bavariya"ya rədd cavabı
"Neftçi" "Araz-Naxçıvan"ın futbolçusunu transfer etdi
Azərbaycan klubu AFFA və PFL-ə müraciət etdi
Qyökereşin yeni klubu məlum oldu
"Qarabağ" Avstriyaya yollandı - Şəkillər
"Barselona" evdə bu formalarla oynayacaq - Şəkillər
Azərbaycanın 2 boksçusu Dünya kubokunun 1/4 finalında
"Araz-Naxçıvan"ın rəqibi daha bir qapıçı aldı
"Real" - "Yuventus" matçından - Video
Klublararası dünya çempionatı - 1/4 finalın təqvimi
"Real" "Yuventus"a qalib gəlib 1/4 finala yüksəldi
"Beşiktaş" Abrahamın transferini açıqladı
"Atletiko"da yeni yarımmüdafiəçi
Avropa çempionatına 3 gümüş medalla start
"Arsenal" keçidi rəsmən açıqladı
"Sabah" Fransa klubunun yetirməsini transfer etdi
Kontedən Osimhenlə bağlı sürpriz qərar
Azərbaycan millisi Belarusa yenə uduzdu
"Barselona" futbolçusunu satdı
“Şamaxı”da növbəti ayrılıq
"Ondan Azərbaycan futbolu haqda soruşdum” - Müsahibə
"Əl-Nəsr"in hücumçusu "Fənərbaxça"ya keçir