Rakitiç "Barselona"da qalmaq istəyir - Bir şərtlə

Rakitiç "Barselona"da qalmaq istəyir -  Bir şərtlə
DÜNYA FUTBOLU 2 Dekabr 2019 / 17:10 4115
-  A +

“Barselona”nın futbolçusu İvan Rakitiç Kataloniya klubundakı gələcəyi haqda danışıb.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi oynayacağı təqdirdə komandada qalmaq istədiyini bildirib:

“Daim heyətdə olmaq istəyirəm. Əgər oynaya bilsəm, mənim üçün “Barselona”dan daha yaxşı bir yer yoxdur. Hər günümün dadını çıxarmaq istəyirəm”.

Qeyd edək ki, İvan Rakitiç 2014-ci ildən “Barselona”nın formasını geyinir. Son vaxtlar heyətə düşməkdə çətinlik çəkən futbolçunun “İnter”ə keçəcəyi haqda xəbərlər yayılıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki