Rüfət Dadaşovun baş məşqçisi qovuldu

Rüfət Dadaşovun baş məşqçisi qovuldu
XƏBƏR 2 Dekabr 2019 / 15:26 1555
-  A +

Millimizin üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” klubu baş məşqçisi Sven Hübşeri istefaya göndərilib.

Qol.az xəbər verir ki, bu barədə 3-cü Bundesliqa klubunun baş direktoru Malte Metselder “Sport.de”yə açıqlamasında məlumat verib.

O, baş məşqçi ilə yanaşı, köməkçisi Tobias Helviqin də müqaviləsinə xitam verildiyini bildirib: “Nə qədər çətin olsa da, hər iki məşqçi ilə vidalaşmağın yeganə çıxış yolu budur. Hər ikisi bütün gücünü klubun yolunda qoydu. Buna baxmayaraq, uzun müddət davam edən uğursuz seriyaya görə addım atmalı idik”.

"Proyssen"i müvəqqəti olaraq klubun U-19 komandasının baş məqçisi Arne Barez çalışdıracaq.

Qeyd edək ki, "Proyssen" 17 oyundan sonra 13 xalla 20 komanda arasında 19-cu pillədə qərarlaşıb.

Son xəbərlər