700 oyun, 613 qol, 240 qol ötürməsi

700 oyun, 613 qol, 240 qol ötürməsi
DÜNYA FUTBOLU 28 Noyabr 2019 / 14:34 3938
-  A +

"Barselona"nın futbolçusu Lionel Messi üçün Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Borussiya" ilə matç (3:1) əlamətdar olub.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu görüşlə argentinalı hücumçu Kataloniya klubunda 700-cü oyununa çıxıb. O, sözügedən qarşılaşmada 1 qol vurub, 2 qolun ötürməsini verib.

Beləliklə, Messi 700 oyuna 613 qol, 240 qol ötürməsi ilə yadda qalıb.

Qeyd edək ki, L.Messinin Kataloniya klubunun heyətində çıxdığı ilk rəsmi görüş 2004-cü ildə “Espanyol”la matç olub.


Son xəbərlər
17.05.25  15:18

Ronaldo yeni klub alır