Sterlinq ilin idmançısı adına namizəd oldu

Sterlinq ilin idmançısı adına namizəd oldu
DÜNYA FUTBOLU 26 Noyabr 2019 / 10:01 1701
-  A +

BBC-nin İngiltərədə ilin ən yaxşı idmançısına verdiyi "İlin idman şəxsiyyəti" mükafatına namizədlər müəyyənləşib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, namizədlər sırasında "Mançester Siti"nin hücumçusu Rahim Sterlinq də yer alıb. Digər namizədlər isə Ben Stouks (kriket), Dina Eşer-Smit (yüngül atletika), Alun Uin Cons (reqbi), Luis Hamilton ("Formula 1"), Katarina Conson-Tompsondur (yüngül atletika).

Qeyd edək ki, qalibin adı dekabrın 15-i açıqlanacaq.


Son xəbərlər