"Ayxan Abbasovu təbrik edirəm. "Sumqayıt" son matçlara yaxşı oyun göstərir. Bu məğlubiyyəti gözləyirdim. Cari çempionatda ilk dəfə uduzduq".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssisin sözlərinə görə, heyətlə bağlı müəyyən problemlər var: "Futbolçuların üzərinə çox getməyəcəyəm. İki fərqli hissə oldu. Çox sadə epizodlarda top itkilərinə yol verdik. Halbuki daha soyuqqanlı olmalıydıq. Məğlubiyyəti qəbul etməliyik. Son vaxtlar tam istədiyimiz heyətlə oynaya bilmirik. Çox səbəb axtarmaq istəmirəm. Futbolçuların fikirlərinin "Sevilya" ilə Avropa Liqasınının oyununda olduğunu düşünmürəm. Gördüm oyun da alınmır, çox da riskə getmədim. Əks halda Dani Kintananı da meydana buraxa bilərdim".
Q.Qurbanov bildirib ki, hər bir məğlibiyyət futbolçulara təsir edir: "Biz peşəkarıq. "Sevilya" ilə matça qədər düzgün işləməliyik. Səhvləri hər kəs özü analiz edəcək. Böyük komandayıqsa, belə məğlubiyyətləri tez yaddan çıxarmalıyıq".
Baş məşqçi oğlu Musa Qurbanlıya əsas komandada şans verməməsinə də toxunub: "Hər şeyin öz vaxtı var. Musadan əlavə də bizimlə daha çox məşq edən gənclərimiz var. "Qarabağ"da oynamaq elə də asan deyil. Gənclər daha da çox çalışmalıdırlar".
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq
Güləşçimiz İslamiadanın finalında
"Qarabağ"ın uşaq formaları satışda!
Futbolumuzun Mikels qardaşları ilə - Reportaj
Benzema: "Peres qalsa, "Real"a qayıda bilərəm"
Tramp bu gün Ronaldo ilə görüşəcək
İspaniya - Türkiyə oyunu bu kanallarda
"Heç bir komanda qələbə qazanmağı bizdən çox istəməməlidir”
Keyn Peleni geridə qoydu
Almaniyanın 6 qollu qələbəsi - Video
DÇ-2026-nın daha iki iştirakçısı müəyyənləşdi
Yankoviç Xorvatiyaya qarşı oynadı
Almaniya, Çexiya və Niderlanddan darmadağın - DÇ-2026
“Mançester Yunayted”in hücumçusu bir ay oynamayacaq
"Rəqibdən asılı olmayaraq qələbə hər zaman gözəldir"
Türkiyə millisinin futbolçusu İngiltərə klubunun hədəfində