Uels millisinin üzvü Ben Deyvis Avro-2020-nin seçmə mərhələsində Bakıda millimizə qalib gəldikləri oyundan (2:0) sonra Qol.az-ın suallarını cavablandırıb.
- Düşünmürsünüz ki, Azərbaycan yığması Kardiffdə keçirilən oyunda daha yaxşı çıxış etdi?
- Bəli, Komanda olaraq Azərbaycan rəqiblərə çətinlik yarada bilir. Düşünürəm ki, nəticə komanda səviyyəsini əks etdirmir. Azərbaycan yaxşı çıxış etdi. Əminəm ki, gələcəkdə komandalar onlarla oyundan çəkinəcəklər. Bəli, bu gün şanslı idik. 2-ci gün bizi Macarıstanla böyük oyun gözləyir. Növbəti mərhələ ümidlərimizi bu oyuna saxlamışıq.
- Azərbaycan yığmasında hansı futbolçunun çıxışını bəyəndiniz?
- Rəqibin yaxşı oyunçuları var. Cinahda çox yaxşı oynayırlar. Mərkəzdə kapitanınız Qara Qarayevin oyunun xüsusilə qiymətləndirirəm. Çox yaxşı top saxlayır. Ona qarşı oynamaq olduqca çətindir. Yaxşı oyunçularınız var. Çətin oyun oldu. Bizə problem yarada bildilər.
- Bugünkü matçda Uels azarkeşlərinin sayı demək olar ki, yerli azarkeşlər qədər idi. Bu sizin üçün gözlənilməz olmadı?
- Xeyr, bizim möhtəşəm azarkeşlərimiz var. Onlar səyahət etməyi, səfər etməyi sevirlər. Oyunçularla birlikdə Bakıya gəldilər. Fərqli mədəniyyətlər görmək və bunlardan həzz almağı azarkeşlərimiz çox sevir. Onların bizə dəstək olması gözəl hissdir.
Azad NURİYEV
Qurbanova GÖZƏL dəstək
Juninyo bu kluba satılır
Silva PSJ-nin baş məşqçisi olmaq arzusundadır
"Sabah" Tovuzdan 3 xalla qayıtdı - Video
Neymarın “Santos”la müqaviləsi ertələndi
FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
Braziliya millisində Ançelotti dönəmi davam edəcək
“Şamaxı”nın qələbəsindən - Video
Premyer Liqanın ən sürətli qolunu vurdu
"Atletiko" doğma meydanda qələbə qazandı
“Bu səhvləri etməməli idik” - Kurban Berdiyev
"Şamaxı" "Zirə”yə, "Sabah" "Turan Tovuz"a qalib gəldi
Braziliyalı futbolçu karyerasını başa vurdu
Azərbaycan boksçusu dünya çempionu oldu
“Çelsi” bu dəfə niderlandlı futbolçunu hədəfə aldı
"Məğlubiyyətdən nəticə çıxaracağıq" - Rəşad Sadıqov
Zidan "Real"a qayıdacaq, ya yox?