Fəriddən Çexiyada daha bir qol

Fəriddən Çexiyada daha bir qol
ÖLKƏ FUTBOLU 11 Noyabr 2019 / 09:46 2557
-  A +

U-21 millimizin futbolçusu Fərid Nəbiyev Çexiyada növbəti qolunu vurub.

Qol.az xəbər verir ki, "Slaviya"nın B komandasının azərbaycanlı hücumçusu Çexiya Gənclər liqasının 14-cü turunda "Viktoriya" (Plzen) ilə səfər oyununda fərqlənib. 

Görüş meydan sahiblərinin 3:2 hesabllı qələbəsi ilə başa çatıb. Fərid start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının ilk qolunu da 32-ci dəqiqədə Nəbiyev rəqib qapısından keçirib. Bununla da o, bu mövsüm vurduğu qolların sayını 6-ya çatdırıb.
 
Qeyd edək ki, “Slaviya”nın U-21 komandası 14 turdan sonra 21 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

 

Daha çox


Son xəbərlər
14.12.19  13:57

Volkov və Alıyev

14.12.19  13:30

Roma Florenzini satır

13.12.19  22:53

"Traktor"dan qələbə