"Baş məşqçi qışqırıb nəsə deyirdi" - "Keşlə"nin legioneri

"Baş məşqçi qışqırıb nəsə deyirdi" - <b style="color:red">"Keşlə"nin legioneri</b>
PREMYER LİQA 2 Noyabr 2019 / 19:53 2175
-  A +

"Keşlə"nin futbolçusu Franko Flores Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə "Səbail"lə heç-heçə etdikləri matçdan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az xəbər verir ki, o, əvvəlcə görüş haqda danışıb.

- Bu günkü hava şəraiti komandalara mane oldu. Oyun elə idi ki, nə "Səbail"in, nə də bizim o qədər də çox qol şansımız olmadı, öz oyunumuzu göstərə bilmədik. Bir xal qazandıq. Əslində, qələbə istəyirdik ki, "Səbail"lə xal fərqimizi daha da artıraq. 1 xal nə yaxşıdır, nə də pis.

- Hava şəraiti pis olduğuna görə topu hara gəldi vururdunuz. Bu, baş məşqçini çox əsəbləşdirirdi.

- Bu, normaldır. Biz heç vaxt belə oynamamışdıq. Yenə də deyirəm, hava şəraiti öz oyunumuzu göstərməyə mane oldu. Görüşlərdə belə hadisələr olur. Düşünürəm ki, bu qarşılaşmada 1 xal vacib idi. Bəlkə də məşqçi oradan qışqırıb, nə isə deyirdi. Amma oyundan sonra gəldi, bizə dedi ki, hər şey normal idi. Əsas odur ki, məğlub olmadıq.

- Hazırda "Keşlə" 3-cü yerdədir. Azərbaycana gələndə komandanın yuxarı pillələrdə olacağını güman edirdiniz?

- Mən buraya gələndə ümumiyyətlə, nə baş verdiyini bilmirdim. Çünki komanda ötən mövsümdə sonuncu yeri tutmuşdu. Mən gəldim, tanış olandan sonra gördüm ki, oyunçularımız yaxşıdır. Ondan sonra başa düşdüm ki, biz ilk pillələr uğrunda mübarizə apara bilərik. Həm oyunçular, həm məşqçi heyəti, həm klubun işçiləri, rəhbərlik, prezident - hamımız ilk yerlər üçün çalışırıq. Düşünürəm ki, bunu edəcəyik.

- Növbəti turda "Neftçi"ni məğlub etmək "Keşlə" üçün realdır?


- Əlbəttə. Biz bunun üçün çalışacağıq. Bir qədər dincəlməliyik. Hər şey yaxşıdır. Çünki "Neftçi" ilə birinci görüşdə də 0:0 hesablı heç-heçə etmişdik. Bizim də qol şanslarımız var idi, "Neftçi"nin də.  Qarşıda bir həftəmiz var. Düşünürəm ki, bu vaxtdan yaxşıca istifadə edib, hazırlaşmalıyıq.

-  Kiprdə "Alki"nin heyətində APOEL-ə, Azərbaycanda isə "Keşlə"nin heyətində "Qarabağ"a qarşı oynamısınız. Bu iki komanda Avropa Liqasında qarşılaşacaq. Hansı komandanı daha şanslı hesab edirsiniz, APOEL güclüdür, yoxsa "Qarabağ"?

- Nə isə demək çox çətindir. Çünki necə ki Azərbaycanda "Qarabağ" ən yuxarı pillədədir, Kiprdə də APOEL ən güclüdür. Hər iki komanda da qələbə qazana bilər, heç-heçə də ola bilər. Bu barədə proqnoz verə bilmirəm.

 

Daha çox


Son xəbərlər
16.11.19  22:52

Millimiz Uelsə uduzdu