Maradona meydanda özünə taxt qurdu

Maradona meydanda özünə taxt qurdu
DÜNYA FUTBOLU 30 Oktyabr 2019 / 11:16 3630
-  A +

"Ximnasiya və Esqrima"nın baş məşqçisi Dieqo Maradona yenə maraqlı addımı ilə diqqət çəkib.

Qol.az xəbər verir ki, dünya futbolunun canlı əfsanəsi Argentina çempionatının 11-ci turunda "Nyuells Old Boys"la ev oyunu zamanı məşqçilər korpusu üçün ayrılmış skamyada yox, taxtda əyləşib. Görüş qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki,  Maradona "Ximnasiya və Esqrima"nı sentyabrdan çalışdırır. Onun komandası 11 turdan sonra 7 xalla 24 komanda arasında 23-cü yeri tutur.

Son xəbərlər