“Ronaldo ilk günlərdə bütün ümidləri qırırdı” – Rayan Giqqs

“Ronaldo ilk günlərdə bütün ümidləri qırırdı” –  Rayan Giqqs
DÜNYA FUTBOLU 23 Oktyabr 2019 / 16:20 5465
-  A +

Uels millisinin baş məşçisi Rayan Giqqs “Mançester Yunayted”də komanda yoldaşı olmuş Kriştiano Ronaldo haqda danışıb.

Qol.az-ın  “Beinsport”a istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis portuqaliyalı hücumçunun “qırmızı şeytanlar”da heç də yaxşı başlanğıc etmədiyini deyib:

“O vaxt Ronaldonun ən yaxşı hücumçulardan biri olacağını düşünə bilməzdiniz. “Bolton”la görüşdə azarkeşləri sevinidirmişdi. Amma sonradan ümidləri qırırdı. Nə vaxt ötürmə verib, verməyəcəyini dəqiqləşdirə bilmirdi. “Mançester Yunayted” də çətin başlamışdı”.

Qeyd edək ki, Rayan Giqqs 1990-2014-cü illər, Kriştiano Ronaldo isə 2003-2009-cu illər  ərzində İngiltərə təmsilçisinin formasını geyiniblər.

Son xəbərlər
17.05.25  15:18

Ronaldo yeni klub alır