“Yunanıstan üçün darıxıram. Əlbəttə, xaricdə çıxış etməyin müsbət tərəfləri var. Ancaq özümüzünkülər üçün darıxıram. Hərçənd Bakı yüksəlişdə olan, bir neçə il sonra daha da inkişaf edəcək bir şəhərdir”.
Qol.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Evangelos Platellas “Metropolis 95.5 FM” radiosuna açıqlamasında deyib. 31 yaşlı yarımmüdafiəçi Bakıya uyğunlaşmağın onun üçün çətin olmadığını söyləyib: “Azərbaycanlılar çox qonaqpərvərdirlər və klubum bu məsələlərdə mənə kömək etdi. Hər zaman yanımda yardım edəcək bir nəfər olur. Bura gəlməyi ən yaxşı seçim sayıram. Çünki Yunanıstanda bəzi insanlar bizə hörmət etmirlər. Xoşbəxtəm. Maliyyə baxımdan problem yoxdur. Heç kim bununla bağlı çətinlik çəkmir. Klubun sponsorları var və hamı bilir ki, pulu batmayacaq”.
Cari mövsümdə “Neftçi”nin əsas heyətində yerini itirən Platellas sabiq komandası Yunanıstan “Aris”inə dönmək ehtimalına da toxunub: “Aris” ötənilki kimi çıxış etmir, komandada stabillik çatmır. Yeni baş məşqçiləri var və daha yaxşı oynayacaqlar. Heyətdə hər bir mövqe üzrə yaxşı oyunçular var. Mənim mövqeyim boş olsaydı, başqa məsələ - orada ola bilərdim. Karyeram pis alınmayıb. Uşaq yaşlarımdan futbolçu olmaq istəyirdim. İnanıram ki, nə qədər çox məşq etsən, bir o qədər də uzun müddət oynaya bilərsən. Millidə oynamaq? Sinəndə gerblə çıxış etmək önəmlidir, böyük qürurdur. Əgər sizdə Karaqunis, Dellas, Basinasın istəyi, əzmi yoxdursa, alınmaz”.
Yunan futbolçu Azərbaycan çempionatında “Qarabağ”la rəqabətdən danışarkən, ötən mövsüm bu komandanı məğlub etdikərini, lakin sonluğun istədikəri kimi alınmadığını vurğulayıb.
Qeyd edək ki, Platellas bu ilin yanvarında “Neftçi” ilə 1,5 illik müqavilə bağlayıb.
"Daha yaxşısını etmək olardı" - Elmar Baxşıyev
Budapeştdə “Qarabağ”a möhtəşəm dəstək - Şəkillər
"Zirə" "Araz-Naxçıvan"la bərabərə qaldı
"Qarabağ" "Ferensvaroş"la oyuna bu heyətlə çıxır
Mourinyo Neymarın "Fənərbaxça"ya mümkün keçidindən danışdı
"Bavariya"nın təklifini rədd etdi, "Çelsi"yə istəyir
Burak Yılmaz Superliqa klubunun baş məşqçisi təyin olundu
"Zirə" - "Araz-Naxçıvan": Heyətlər
Mane rəqibə zərbə vurdu, qırmızı vərəqə aldı - Şəkil
Erik Bayinin yeni klubu müəyyənləşdi
Azərbaycan millisi Monteneqroya qarşı
"Mançester Siti" yeni transferini icarəyə verdi
Azərbaycanlı futbolçu Albaniya klubuna keçdi - Rəsmi
"Bayer" "Sevilya"nın futbolçusu ilə razılaşdı
"Milan"ın futbolçusu Premyer Liqa klubuna keçir
"Barselona" formalarını təqdim etdi - Yenilənir
Azərbaycan - Ukrayna oyununun biletləri satışa çıxarıldı
Juninyo "Flamenqo"dan ayrılmağa yaxındır
"İnter" futbolçusunu "Atalanta"ya satdı
Misli.az-da yeni futbol və basketbol mərcləri
Çempionlar Liqasında pley-off başlayır
"Roma" onu icarəyə göndərdi
"İnter"dən ani qərar
“Trabzonspor”dan ikinci qələbə
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Superliqada mövsümün ilk baş məşqçi istefası
Azərbaycanın iki güləşçisi dünya üçüncüsü oldu
"Qarabağ"ın futbolçusu "Şamaxı"ya keçdi
Rahid Əmirquliyev klub rəhbəri oldu
"Tottenhem" kapitanı ilə müqaviləni uzatdı
Elçin Məsiyev də pley-off oyununa təyinat aldı
"Ferensvaroş"un futbolçusu "Qarabağ"la sabahkı oyun haqda
"Qarabağ"la "Ferensvaroş"un gücü eynidir" - Robbi Kin
"Sumqayıt"ın futbolçusu Premyer Liqada debüt etdi
Tahir Gözel Budapeştə gedib
"İnter"dən "Çelsi"yə rədd cavabı
"Qarabağ" Macarıstanda - Şəkillər
PSJ-nin yeni qırmızı formaları - Şəkillər