PSJ-də Neymar şoku

PSJ-də Neymar şoku
DÜNYA FUTBOLU 14 Oktyabr 2019 / 20:47 8002
-  A +

Nigeriya ilə yoxlama matçında zədələnən Braziliya millisinin və PSJ-nin futbolçusu Neymarın son durumu müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, tibbi müayinədən keçən 27 yaşlı hücumçunun sol ayaq əzələsində zədə aşkarlanıb. Onun təxminən 4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Bu isə o deməkdir ki, Neymar Çempionlar Liqasında "Brügge" ilə matçları və Fransa Liqasında "Nitsa", "Marsel", "Dijon" və "Brest"lə görüşləri buraxacaq.


Son xəbərlər
16.08.25  14:09

Bellinqem hazırdır

16.08.25  09:15

Messi qayıtdı