“Bilsəydim, "Yuventus"da qalmazdım” – Əmrə Can

“Bilsəydim, "Yuventus"da qalmazdım” – Əmrə Can
DÜNYA FUTBOLU 11 Oktyabr 2019 / 17:04 6029
-  A +

“Yuventus”un futbolçusu Əmrə Can Turin klubunda xoşbəxt olmadığını bildirib.

Qol.az-ın məlumatına görə, Almaniya millisinin üzvü bu barədə Argentina ilə yoldaşlıq oyunundan (2:2) sonra ölkəsinin mətbuatına açıqlamasında danışıb.

Türkəsilli yarımmüdafiəçi bunları deyib: “Hazırda “Yuventus”da xoşbəxt olmadığım bir faktdır. Çünki yetərincə meydana çıxa bilmirəm. Ötən mövsüm isə xeyli oyunda meydanda olub, güclü klublara qarşı yaxşı çıxış etmişdim. Açığı, əvvəldən bilsəydim ki, Çempionlar Liqasında heyətə daxil edilməyəcəm, komandada qalmazdım. Ancaq inanıram ki, Turinə qayıtdıqdan sonra yenidən heyətdə yerimi qazancağam”.

Qeyd edək ki, 25 yaşlı futbolçu ötən il “Liverpul”dan ayrılaraq “Qoca Sinyora”ya keçmişdi. O, bu mövsüm sadəcə 3 oyunda meydana çıxıb.

Son xəbərlər