“Barselona”nın kapitanı Lionel Messi İspaniyanın “RAC1” radiosuna geniş müsahibə verib.
Qol.az xəbər verir ki, argentinalı hücumçu bir çox məsələlərdən danışıb.
Ronaldo haqqında: “Ronaldonun “Real”da qalıb oynamasını istəyərdim. O, “El Klassikol”lara rəqabət qatır. Bununla belə, “Real” mübarizəni davam edəcək. Çünki onlar yaxşı oyunçulara sahibdirlər. Amma artıq komandanın itkisini hiss edəcəyini söylədim. Ancaq onların hər bir titul uğrunda mübarizə aparmalarına imkan verən çox sayda oyunçulara və zəngin tarixə malikdirlər ".
Ən yaddaqalan qolu barədə: “Bunu dəfələrlər demişəm, Çempionlar Liqasında “Roma”ya qarşı və finalda “Mançester Yunayted”ə qarşı vurduğum qollar”.
Neymar və Qrizmann haqda: “Həqiqətən fikirləşirdim ki, Neymar yay transfer pəncərəsində komandaya qayıdacaq. Ən azından hesab edirdim ki, buraya gəlmədiyi halda, “Real”a transfer olunacaq. O, PSJ-ni tərk etmək ərəfəsində idi. Düşünürəm ki, Florentino Perez onu "Real"a gətirmək üçün nəsə edə bilərdi. Ancaq PSJ ilə danışıq aparmaq olduqca mürəkkəbdir. "Barselona"da oynamaq asan deyil. "Barsa" fəlsəfəsini başa düşməyən digər klubdan gələn hər oyunçu üçün uyğunlaşmaq çətindir. Amma Qrizmannla bağlı heç bir şübhəmiz yoxdur. O, ağıllı və səviyyəli futbolçudur. Get-gedə o da fəlsəfəmizə uyğunlaşacaq. Qrizmannın "Barselona"ya gəlməsini istəməməyim barədə deyilənlər dəqiq yalandır. Güclü futbolçular üçün bu klubun qapıları hər zaman açıqdır".
“Barselona”dan getmək istədiyi barədə: “Bu fikir mənim ağlımda çoxdan var idi. Mən nəinki Barselonanı, hətta İspaniyanı tərk etmək istəyirdim. Hiss edirdim ki, məni burada incidirlər və daha klubda qalmaq istəmirdim. Mənə bir çox klubdan təklif var idi, amma heç vaxt rəsmi təklifim olmadı. Çünki hamı mənim "Barselona"da davam etmək istəyimi bilirdi. 2013 və 2014-cü illərdə maliyyə məsələləriylə bağlı problemlər ortaya çıxdı. Bu, mən və ailəm üçün çətin idi. Bir çox insan mənim hansı hisslər keçirdiyimi bilmir. Burada çox məmnunam və fikrim "Barselona"da qalmaqdır. Heç nə dəyişməyib. Artıq aydın olur ki, karyeramı burada bitirəcəm. Bu, mənim və ailəmin fikri, və kluba, şəhərə aid olan hisslərimdir. Uşaqlarımın dostluğunu, onların ətraflarını dəyişdirmək və ya bunun pozulmasını istəməzdim. Mən bu klubla yaşamalıyam".
Valverde haqqında: “Yarımfinalda “Liverpul”a məğlub olmaq bizim səhvimiz idi. Bu hal “Roma” ilə oyundan sonra yenidən yaşandı. Komanda olaraq qərar verdik ki, o qalıb buradakı işini davam etdirməlidir. Biz Luis Enrike və ondan əvvəl gələn məşqçilər kimi onu da sevir və dəstəkləyirik”.
"Qızıl top" haqda: “Bu mükafatı qazanmamağım mənimçün üzücü olmaz. Belə mükafatlar çox gözəl tanıtımdır, lakin mənimçün onları qazanmaq prioritet deyil. Yeni mövsüm Çempionlar Liqasını qazana bilməmək daha üzücü olardı. Sonuncu dəfə bu titulu qazanmağımızdan 5 il keçir”.
Ona olan münasibət haqda: "Azarkeşlərin məni Tanrı adlandırmalarını xoşlamıram. Olduqca şişirdiblər. Övladlarım da bu fikirləri eşidir və təkrarlayırlar. Onlar məni "Vamos (irəli) Leo Messi" adlandırırlar".
Oğlu haqda: "Mateo nadinclik edəndə onu küncə qoyuram ki, sakitləşsin. O isə küncə doğru qaçır və qışqırır: “Künc zərbəsi tez yerinə yetirildi... Origi!”
Juninyo bu kluba satılır
Silva PSJ-nin baş məşqçisi olmaq arzusundadır
"Sabah" Tovuzdan 3 xalla qayıtdı - Video
Neymarın “Santos”la müqaviləsi ertələndi
FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
Braziliya millisində Ançelotti dönəmi davam edəcək
“Şamaxı”nın qələbəsindən - Video
Premyer Liqanın ən sürətli qolunu vurdu
"Atletiko" doğma meydanda qələbə qazandı
“Bu səhvləri etməməli idik” - Kurban Berdiyev
"Şamaxı" "Zirə”yə, "Sabah" "Turan Tovuz"a qalib gəldi
Braziliyalı futbolçu karyerasını başa vurdu
Azərbaycan boksçusu dünya çempionu oldu
“Çelsi” bu dəfə niderlandlı futbolçunu hədəfə aldı
"Məğlubiyyətdən nəticə çıxaracağıq" - Rəşad Sadıqov
Zidan "Real"a qayıdacaq, ya yox?
"Turan Tovuz" - "Sabah": Heyətlər
Arda Gülerin bazar qiyməti 60 milyon avro artıb
"Şamaxı" - "Zirə": Heyətlər
“Qalatasaray” Rüdigeri transfer etmək istəyir
Luiş Kastronun yeni klubu açıqlandı
Rüstəm Əhmədzadə: “Dava olan tərəfə heç getmədim"
“Son illərin ən istedadlı oyunçusu sənsən, Nəriman!” - Video
İkardi “Milan”a keçə bilər
Ronaldo "Forsaj"a çəkiləcək
Rüfət Abdullazadənin komandası uduzdu
Superliqada 16-cı tur heç-heçə ilə start götürdü
Cəlal oynadı, komandası 1/4 finala yüksəldi
"Qarabağ"ın oyununun biletləri satışda
Oskar karyerasını başa vurur
Azərbaycan millisinin 4 boksçusu 1/4 finalda
Fransa klubunun yeni baş məşqçisi məlum oldu
Nərimanın atası danışdı
Alkantara İspaniya klubunun təklifini rədd etdi
La Liqanın ən bahalı futbolçuları
Elvin gündəm olan o uşağı ziyarət etdi - Video