Millimizin üzvü Fransaya buraxılmadı

Millimizin üzvü Fransaya buraxılmadı
XƏBƏR 9 Oktyabr 2019 / 00:20 4446
-  A +

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tural Bayramlı Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən Fransaya buraxılmayıb.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, U-21-in heyətində Fransaya yollanan T.Bayramlı  oktyabrın 9-da AFFA-nın köməkliyi ilə Azərbaycana geri göndəriləcək.

Futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi barədə müvafiq orqanlar məlumat verməyib.

AFFA və Fransa Futbol Federasiyası tərəfindən bununla bağlı araşdırma aparılır.

Xatırladaq ki, "Keşlə"nin futbolçusu Tural Bayramlı ötən mövsüm Latviyada, "Dauqavpils" klubunda çıxış edib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord