“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi APOEL-in futbolçusu Roman Bezyak turnirdəki şansları barədə ölkəsi Sloveniya mətbuatına danışıb.
Qol.az xəbər verir ki, 30 yaşlı oyunçu əvvəlcə Kipr klubunun bu mərhələyə qədər keçdiyi yol barəsində fikirlərini səsləndirib: "Qarabağ”a evdə 1:2 hesabı ilə məğlub olduqdan sonra məşqçimizi əvəz etdik. Tomas Doll komandaya gələndən sonra mənim üçün hər şey bir gecədə dəyişdi. Bakıda 2:0 hesabı ilə qalib gəldik və Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandıq. “Ayaks”a qarşı 2 möhtəşəm oyun keçirdik. Düzdür, bunu hücum mənasında demirəm, çünki bu rəqibə qarşı hücum futbolu oynaya bilmərsən. 5 oyunda 16 qol vurduq və bunun uğur olduğunu qeyd edə bilərəm”.
Daha sonra Bezyak komandasının AL-in qrup mərhələsindəki startının uğurlu olmadığını söyləyib: “Çempionlar Liqasında oynamaq üçün sənin birinci dərəcəli oyunçuların olmalıdır. Biz o səviyyədə deyilik. Avropa Liqasında oynamaq bizim üçün mövcud reallıqdır. Qrupda ən azı ikinci olmağımız çox yaxşı olardı”.
Qeyd edək ki, “Qarabağ” AL-in qrup mərhələsinin üçüncü turunda Bakıda APOEL ilə qarşılaşacaq.
Leandronun 100-cü oyunu
“Qarabağ”ın Xankəndiyə səfəri nəzərdə tutulur
5 qol vuruldu, "Liverpul" uduzdu
Kadidən gözəl qol, Koxalskidən “qızıl qurtarış” - Video
"Qarabağ" "Zirə"ni, "Kəpəz" "Sabah"ı məğlub etdi
İngiltərə Premyer Liqasını tərk edəcəkləri rəsmiləşdi
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
Berezutski: “Elvin Camalov özünü çox qeyri-peşəkar apardı”
Tahir Gözel Zubiri mükafatlandırdı - Şəkillər
Azər Bağırov qələbəyə belə şərh verdi
"Kəpəz"in qələbəsindən - Video
"Qarabağ" - "Zirə" matçı üçün - Heyətlər
“Vinisius 50 avromu hələ də verməyib”
Masazırdakı oyunda zədə aldı, meydanı xərəkdə tərk etdi
“Qarabağ”lı futbolçulardan Qurban Qurbanova sürpriz - Video
“Fənərbaxça”nın sabiq futbolçusu xəstəxanaya yerləşdirildi
"Sabah" - "Kəpəz”: Heyətlər
Liqa 1 tarixinin rekordu
Fofana əməliyyat olundu, mövsümü erkən bitirdi
Rafinya hakimə niyə hücum edib?
Ərəb fanatlardan bənzərsiz koreoqrafiya - Video
"Real" son 11 mövsümün antirekordunu təkrarladı
Avropa kubokunda ilk gündə 2 qızıl, 2 bürünc medal
"Barselona" "Betis"lə bacarmadı - Video
Mourinyonun cəzası açıqlandı
PSJ-nin çempionluğu rəsmiləşdirdiyi matç - Video
Emil Mustafayev ehtiyatda qaldı
“Borussiya”dan böyük hesablı qələbə - Video
Renat oynadı, komandası uduzdu
“İnter” qələbəni əldən verdi - Video
Ozan Can üçün 5 dəqiqə
“Bayer” sonda sevindi - Video
"Borussiya"dan darmadağın