Avroliqanın qrup mərhələsinin "Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan) oyunundakı (1:4) erməni təxribatı ilə bağlı yeni təfərrüatlar bəlli olub.
Qol.az-ın Lüksemburqda matçı izləyən əməkdaşı xəbər verir ki, meydançaya Dağlıq Qarabağın separatçı rejiminin "bayrağını" endirmək istəyən dron stadionun yaxınlığındakı tennis klubunun binasından ermənilər tərəfindən idarə edilib. Onların məqsədi bayrağı meydançanın tam mərkəzinə endirmək olub. Amma onların bu istəyinin qarşısını "Qarabağ"ın futbolçuları alıblar. Dron görünməyə başlayarkən matçın baş hakimi oyunu saxlayaraq hər iki komandanı meydandan çıxmağa çağırıb. Amma bu zaman Ağdam klubunun kapitanı Rəşad Sadıqov hakimə etiraz edərək meydanda qalacaqlarını və dronun enməsinə imkan verməyəcəklərini bildirib. Hakimin növbəti tələbinə baxmayaraq, Ağdam klubunun futbolçuları 10 dəqiqəyə yaxın yerlərində qalıblar. Yalnız dron havadan çəkildikdən sonra komanda hakimin istəyini yerinə yetirib.
Stadionun tunelinə qayıtdıqdan sonra isə "Qarabağ"lı futbolçular onlarla görüşə gələn Lüksemburqun idman nazirindən dronun növbəti dəfə meydana endirilməsi cəhdinin qarşısını almağı tələb ediblər. O isə tələbin yerinə yetiriləcəyini vəd edib. Bundan sonra nazir diktor kabinəsindən mikrofonla baş verənləri təxribat adlandıraraq Azərbaycan tərəfdən üzr istəyib. Beləliklə, 20 dəqiqəlik fasilədən sonra matç bərpa olunub.
"Qarabağ" klubunun baş meneceri Asif Əsgərov Qol.az saytına açıqlamasında bildirib ki, baş verənlərlə bağlı onlar UEFA-ya müraciət edə bilərlər: "İndi yoldayıq və Bakıya qayıdırıq. Bildiyimə görə, artıq AFFA bəyanat yayaraq UEFA-ya müraciət etdiyini açıqlayıb. Bakıda məsləhətləşmə aparacağıq və klub olaraq, bizim də müraciətimizə zərurət olsa, bunu edəcəyik".
A.Əsgərov Azərbaycan tərəfinin şikayətinə UEFA İntizam Komitəsinin oktyabrın 17-si keçiriləcək iclasında baxılacağını deyib.
Klub rəsmisi baş verənlərə görə, "Düdelanj" tərəfinə etirazları olmadıqlarını da söyləyıb: "Bu təxribatı kluba aidiyyatı olmayan ermənilər törədib. Dünəndən Lüksemburq klubu rəsmiləri bizə bir neçə dəfə hadisəyə görə təəssüfləndiklərini bildirib və üzr istəyiblər. Onların bizə verdiyi məlumata görə, dronu meydançaya endirmək istəyən Belçikada yaşayan bir qrup erməni təxribatçı olub".
Qeyd edək ki, hadisə zamanı matçı stadiondan izləyən bir neçə azərbaycanlı azarkeş də meydana daxil olaraq dronun enməsinə mane olmağa çalışıb. Amma stadionun mühafizə xidməti və polis onlara mane olub. Hətta polis bir azərbaycanlı fanatı qandallayaraq bölməyə aparmaq istəyib. Lakin vaxtında özünü olay yerinə çatdıran "Qarabağ" klubunun direktoru Əmrah Çelikel və baş menecer Asif Əsgərov azarkeşin qolundan qandalı çıxarmağa və polisin əlindən almağa nail olublar. Onlar həmin fanatı həbs təhlükəsindən qorumaq üçün özləri ilə birgə VİP tribunaya gətiriblər.
Əlavə edək ki, görüşün UEFA nümayəndəsi matçda baş verənləri öz raportunda geniş qeyd edib. Raportun bir nüsxəsi də "Qarabağ" klubuna göndərilib. Asif Əsgərov avstriyalı nümayəndənin hazırladığı sənəddə baş verənlərin obyektiv şəkildə əksini tapdığını söyləyib.
"Mançester Yunayted"in yeni hədəfi bilindi
"Qəbələ" yoxlama oyununda qalib gəldi
"Liverpul" danışıqları sürətləndirdi
"Milan" Bonifeyslə razılıq əldə etdi
"Bayer"in əsas hədəfinə çevrildi
"İmişli"dən daha bir transfer - Rəsmi
"Tottenhem" "Mançester Siti"dən əl çəkmir
"Zirə"nin futbolçusu 4 oyunluq cəzalandırıldı
"Milan" futbolçusunu satdı
Qurban Qurbanovu yaxşı tanımayan Robbi Kin
"Səhvlərimizdən nəticə çıxarmalıyıq" - Kristian Avram
AFFA "Qəbələ"ni cərimələdi
Yenidən qurulan Gəncə stadionundan son görüntülər - Video
"Kayrat", Dastan və bizimkilər
Misli Premyer Liqasında 2-ci turun hakimləri açıqlandı
Salah: "Qələbəyə acam"
Azərbaycan millisinin Monteneqroda ikinci sınağı
"Çelsi" meydana bu formalarla çıxacaq - Şəkillər
Azərbaycanın 4 klubunda oynamış futbolçu Omana getdi
“Araz-Naxçıvan”ın ÇL üçün iştirak ərizəsi
Azarkeşlər Neymarı hədələdilər
Azərbaycan UEFA-da bu mövsümkü nəticələrə görə neçəncidir?
"Fənərbaxça" "Benfika" ilə heç-heçə etdi - Çempionlar Liqası
Azərbaycan güləşçisi dünya üçüncüsü oldu
"Yeni oyunçular bizə bir neçə titul qazandıracaq"
"Çelsi" onu icarə verməyə yaxındır
"Napoli" Lukakunun yerinə onu nəzərdən keçirir