Sərlövhədə səhv getməyib. Yazının başlığı U-17 millimizin Belarus yığması ilə keçirdiyi 2 yoxlama oyununun nəticələrinə görə belə seçilib. Sentyabrın 11-dən Bakıda Vüqar Məmmədin rəhbərliyi altında toplaşan "17-lər" bəyaz ruslarla yoxlama oyunlarının hər ikisində məğlub oldular - 1:4, 0:2. Ümumi hesab 1:6 edir. Bəs, buraxılan 7-ci qol? Yazının sonunda biləcəksiniz...
Təkrar biliyin anasıdı
Avqustun sonlarında Ukraynada Viktor Bannikovun xatirəsinə həsr olunmuş turnir keçirildi və həmin turnirdə iştirak edən U-17 millimiz 8 komanda arasında 7-ci yeri tutdu. Ən üzücü məqam qrup mərhələsində hər 3 oyunda məğlub olmağımız deyildi. Yoxlama oyunlarında əsas məqsəd müxtəlif eksperimentlər aparmaqla komandadakı çatışmazlıqları üzə çıxarmaq və onları qısa zamanda aradan qaldırmaqdı. Üzücü məqam baş məşqçinin buraxdığı kobud səhvlər idi və bu barədə "Məmməd və komandası" sərlövhəli yazıda geniş bəhs etmişəm. Zamanında həmin yazıda qeyd olunanlara yenidən qayıdacağıq. Bakıdakı toplanışda və Belarusla oyunlarda gözləmək olardı ki, Vüqar Məmməd həmin səhvləri bir daha təkrarlamaycaq. Təəssüf! Bu dəfə də eyni səhvlər və yeniləri...
Birincisi, təcrübə göstərir ki, hansısa mötəbər və vacib turnirə 3-4 ay qalmış baş məşqçi həmin turnirə aparacaq namizədləri müəyyənləşdirir və yoxlama oyunlarında komandanın "onurğa sütunu"nu müəyyən etməklə futbolçulara taktiki fəlsəfəsini aşılayır. Vüqar Məmməd isə toplanışa 2 ay qalmış hələ də təcrübə aparmaqla məşğuldu. Belə olmasaydı, düşərgədə 2004-cü il təvəllüdlü 5 futbolçu olmazdı. Doğrudur, öz yaş qrupunda böyük potensial vəd edən 16 yaşlılar təmsil olunduqları klubların yuxarı yaş qruplarında çıxış edirlər. Amma Avropa çempionatının ilkin qrup mərhələsinin startına 2 aydan da az vaxt qaldığı bir məqamda U-17 millisində 16 yaşlı futbolçunu yoxlamağın yeri yox idi. Üstəlik, nəzərə alaq ki, sentyabrın 15-dən 20-dək Bakıda Miloş Velebitin rəhbərliyi altında 2004-cü il təvəllüdlü futbolçuların da toplanışı oldu və məşqləri izləməklə, yoxlama oyunu keçirməklə futbolçuların U-17-ə lazım olub-olmadığı müəyyənləşdirmək mümkün idi. 16 yaşlılar nə qədər istedadlı olsalar da, onların mövqeyində çıxış edən və milliyə layiq 17 yaşlı xeyli futbolçu var. Bundan başqa, iyunda Bosniya və Hersoqovinadakı, avqustda isə Ukraynadakı turnirlərə aparılan bir neçə futbolçu bu dəfə millidən kənarda qaldı. Deməli, baş məşqçini qane etməmişdilər. Onların yerinə başqa 17 yaşlı futbolçularımız ola-ola, 16 yaşlıların yoxlanışa çağırılması nə dərəcədə doğru idi?
Vüqar Məmməd
Məsələn, mərkəz müdafiəçisi mövqeyində çıxış edən "Keşlə"nin futbolçusu Rəşad Həsənov potensiallı futbolçudu. Ehtimal edək ki, əvvəlki toplanışlara cəlb olunan Rəşad Vüqar Məmmədin etimadını doğrultmayıb. Onun əvəzinə milliyə dəvət alan "Sabah"lı Fərrux Fərzəliyev doğru seçim idi. Amma Məmməd 2 oyunda Fərruxa cəmi 4-5 dəqiqə oynamaq imkanı verdi. Bu məqamda "Məmməd və komandası" yazısındakı gülməli, eyni zamanda, təəssüf hissi doğuran faktı yada salaq. Bannikov turnirində Ukrayna ilə oyunda hesab 2:4 olarkən və matçın son dəqiqəsi gedərkən Vüqar Məmməd meydana "Zirə"nin futbolçusu Vüsal Əliyevi buraxdı. Cəmi 14-15 saniyə sonra matç başa çatdı.
Tanıdığım və bu barədə danışdığım məşqçilərin heç biri belə əvəzetmənin nə məqsəd daşıdığını açıqlaya bilmədi. Güman edək ki, baş məşqçi "vaxtı itirib". Bəs o halda Belarusla ikinci oyunun başa çatmasına 4-5 dəqiqə qalmış və hesab 0:2 olarkən mərkəz müdafiəçisini oyuna qoşmağın nə adı vardı?
Məğlubiyyət hesabını qorumaq? Xeyr! Hürdürboylu futbolçunun hesabına rəqibin cərimə meydançasına ötürülən topları götürməklə nəsə etməyə çalışmaq? Fərrux meydanda olduğu müddətdə bir dəfə də mövqeyini tərk etmədi və hücuma qoşulmadı. Deməli, məşqçinin "fəlsəfə"si belədi.
Qeyri-adi "het-trik"
Oyunların protokoluna nəzər salsaq, toplanışa çağırılan azı 2 futbolçu ümumiyyətlə, meydana çıxmadı. Biri zədəli hücumçu Mirmöhsün Caniyev, digəri qapıçı Elgün Bayramov. Bu, həmin Elgündü ki, Vüqar Məmməd onu iyun və avqust toplanışlarına dəvət etmiş və hər ikisində səfərə aparmamaqla futbolçunu bir növ "sındırmışdı". 3-cü toplanışa da çağırılan Elgün meydanı buraxılmadı və məşqçi özünəməxsus "het-trik" etdi. Eyni zamanda, bu, Elgünə daha bir mənəvi zərbə oldu. Halbuki Məmməd çərçivəni Elgünə heç olmasa 1 hissəlik etibar edə bilərdi. Hazır deyildisə, toplanışa niyə çağırılmışdı? Elgünün əvəzinə Məmmədin milliyə gəlişinə kimi bu yaş qrupunun əsas qapıçısı olmuş "Sabah"lı Kamran Şabıyevi dəvət etmək olardı. Elgün hazır idisə, niyə oyuna buraxılmadı? Cavabsız suallardı, deyilmi?
Daha bir üzücü məqam legionerlərlə bağlıdı. Hər yaş qrupu millidə görməyə adət etdiyimiz milliləşdirilmişlər U-17 yığmamızda da var. Əvvəlki toplanışlara çağırılan rus balası Nikita Pesoçnı bu dəfə yox idi. Əvəzində Rusiyanın "Yunost" komandasından öz azərbaycanlımız Rasim Həsənov var idi. Amma oyunu göstərdi ki, artıq çəkisi olan Rasim milliyə layiq deyil. Baş məşqçi Rasimi milliyə çağırmamışdan əvvəl onun vəziyyəti barədə məlumat toplamalı idi. Fikrimcə, Rasim Həsənovun və ya hansısa 2004-cü il təvəllüdlü futbolçuların yerinə "Keşlə"nin hücumçusu Vaqif Həsənovu yoxlamaq daha yaxşı olardı. Hansı ki əvvəlki toplanışlara dəvət alıb və Elgün kimi səfərlərə aparılmayıb.
Bütün bunlar bir yana, son 1 aydakı 6 oyun göstərdi ki, Vüqar Məmməd hələ də heyəti komplektləşdirə bilməyib. Bir futbolçunu müxtəlif mövqelərdə sınamaqla, düşərgəyə yeni-yeni futbolçular cəlb etməklə vəziyyətdən çıxış yolu axtarır. U-17 yığmasının oktyabrda mərhələ öncəsi son toplanışının və yoxlama oyunları gözlənilir. Baş məşqçi bu dəfə heyətə 15 yaşlı futbolçu çağırsa, hətta, oyun başa çatandan sonra əvəzetmə etsə belə, təəccüblənmərəm. Bəlkə də etmədi. Çünki...
Baş katib Elxan Məmmədovun adamı kimi tanınan Vüqar Məmməd ona göstərilən etimadı heçə endirib. Belarusla oyunu canlı izləyən E.Məmmədov artıq vəziyyətdən halidir. Son biabırçılıqlardan sonra Məşqçilər Komitəsi Vüqar Məmməd və aşağı yaş millilərin koordinatoru Miloş Velebitlə görüş keçirib və hesabat tələb edib. Görüşdə nələrin müzakirə olunduğundan xəbərsizəm. Dəqiq bildiyim budur ki, Məşqçilər Komitəsi Velebit və Məmmədi tərifləmək üçün çağırmayıb.
Yazının sərlövhəsindəki "1:7"dəki "buraxılan sonuncu qola" gəldikdə... Belə baş məşqçisi olan komanda həmişə oyun başlamamış hesabda 1 top geri olur.
İlqar TAĞIYEV
"525-ci qəzet"
"Qəbələ"nin 4 qollu qələbəsindən - Video
"Cavidin əvəzinə danışa bilmərəm" - Elvin Məmmədov
"Narahat olmayın, heç kimdən küsməmişəm" - Qurban Qurbanov
Bayılda vurulan 5 qol - Video
"Qarabağ" böyük hesabla "Səbail"ə qalib gəldi
Güləşçimiz ermənistanlı rəqibini məğlub edərək finala çıxdı
"Qəbələ"dən darmadağın, Yevlaxda heç-heçə
AFFA-nın Hesabat Konfransı keçirilib - Yenilənib
Flik "Barselona" ilə yeni müqaviləsi haqda danışdı
“Səbail” - “Qarabağ” oyununun heyətləri
AFFA klub prezidenti ilə bağlı şikayəti təmin etmədi
Akif Quluzadənin növbəti döyüşü
ÇL-də həftənin ən yaxşı oyunçusu seçildi
Baş məşqçi vəzifəsinə əsas namizəd Fabreqasdır
FİFA Türkiyə klublarına transfer qadağası qoydu
AFFA-dan 2-ci liqa klublarına cəza və cərimələr
Salah: "İnanmasaydım, müqavilə imzalamazdım"
“Nə Əliyar Ağayevi görmüşəm, nə də başqalarını…”
Qurban Qurbanov AFFA-dan inciyib? - Rövşən Nəcəfdən açıqlama
AFFA idman qurğularına 2 milyon manatdan çox vəsait ayırıb
"İnter"dən müflis olmaq riski ilə bağlı xəbərlərə reaksiya
Vitali Borisov: “Bu, bizim üçün nüfuz oyunudur”
“Limitin ləğvi futbolumuz üçün yaxşıdır” - Maqsud Adıgözəlov
Bir mövsümdə futbol klublarımıza nə qədər pul xərclənib?
Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayırlar
Salah "Liverpul"da qalır - Rəsmi
UEFA-nın Azərbaycan klublarına ödədiyi vəsait məlum oldu
Qurban Qurbanov Hesabat Konfransına qatılmadı
SOCAR ötən il AFFA-ya nə qədər vəsait ayırıb?
"Fernandu Santuşa narazılığımızı bildirdik" - Rövşən Nəcəf
"Real"ın sabiq baş məşqçisi vəfat etdi
"Çelsi"dən böyükhesablı qələbə
ÇL-də həftənin rəmzi komandası
Mbappe hələ də PSJ-dən borcunu tələb edir
"Qaradağ Lökbatan" - "Mingəçevir" matçından - Video
Ronaldodan yeni müqavilə