"Qarabağ” qrupdan çıxsa - Yeniliklə üzləşəcək

"Qarabağ” qrupdan çıxsa -  Yeniliklə üzləşəcək
ÖLKƏ FUTBOLU 25 Sentyabr 2019 / 10:18 8411
-  A +

UEFA-nın İcraiyyə Komitəsinin Sloveniyanın paytaxtı Lyublyanada keçirilən iclasında VAR-la (hakimin video assistenti) bağlı da yeni qərar qəbul edilib.

Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 2019/20 mövsümündə VAR texnologiyası Avropa Liqasının 1/16 final mərhələsindən başlayaraq istifadə olunacaq. Bunadək isə Avroliqanın yalnız ötən mövsüm Bakıda keçirilən finalında VAR tətbiq edilmişdi.

Turnirdə ölkəmizi təmsil edən “Qarabağ” qrupdan çıxsa, 1/16 finalda VAR-la üzləşəcək.

Bundan başqa, qadınlar arasında Çempionlar Liqasının finalında, qadınlar arasında AÇ-2021-in final mərhələsində də bu sistemdən istifadə olunacaq.

Daha çox


Son xəbərlər
05.06.25  21:59

"Yuventus"dan ayrıldı

05.06.25  20:50

"Şamaxı"da ayrılıq