Dünən Milanda keçirilən FİFA-nın The Best yarışmasının mükafatlandırması maraqlı məqamları ilə yadda qalıb.
1
Portuqaliyalı Ronaldo tədbirə qatılmayıb. Əvəzində braziliyalı Ronaldo fəxri qonaqlar arasında yer alıb.
2
Joze Mourinyo da qonaqlar arasında olub. İlin ən yaxşı qadın məşqçisinə mükafatı məhz o təqdim edib. Bundan sonra tədbirin ən maraqlı anlarından biri yaşanıb. FIFA The Best-in xanım aparıcısı portuqaliyalı mütəxəssisə sual edib ki, yadplanetlilərin yığması isə oyunda Yer yığmasını çalışdırmaq istəyərmi? Cavab belə olub: “Məncə, FİFA buna icazə verməyəcək. Ən yaxşısı siz işsiz məşqçilərə müraciət edin. Məsələn, Kapelloya. Amma əlbəttə, mən də namizədəm”.
3
Qonaqlar arasında “Səbail”in ulduz oyunçusu Maykl Esyen də olub.
4
Mükafatlandırma mərasimi dünyanın ən böyük opera teatrlarından olan “La Skala”da keçirilib.
5
İlin məşqçisi Yurgen Klopp olub. O, çıxışında zarafından qalmayıb: “Mən “Liverpul” klubuna təşəkkür edirəm. Kim ki bizi sevmirsə, deməli, onun ürəyi yoxdur. Yaxşı, bu belə deyil. Başqa klubları da sevə bilərsiniz”.
6
Tədbirdə qeyri-adi geyimi ilə seçilən, şübhəsiz ki, Samuel Eto’o olub.
7
Tədbirdə ən həssas məqamlardan biri isə FİFA-nın ən yaxşı azarkeş üçün də mükafat verməsi idi. Xüsusi mükafata braziliyalı Silviya Qrekko layiq gğrülüb. Onun oğlu Nikolas görmür, autizmdən əziyyət çəkir. Anası Silviya hər həftə Nikolası "Palmeyras"ın oyunlarına aparır və canlı-canlı oğluna meydanda baş verənləri şərh edir. Dediyinə görə, Nikolas hər həftə "Palmeyras"ın oyunlarını səbirsizliklə gözləyir. Çünki futbolla yaşayır.
8
İlin ən yaxşı qadın oyunçusu adına ABŞ millisinin heyətində dünya çempionu olmuş Meqan Rapino layiq görülüb.
9
İlin ən yaxşı qadın məşqçisi isə ABŞ millisinin dünya çempionu edən Cill Ellis olub.
10
İki simvolik yığma – qadınlar və kişilər
11
Və 6-cı dəfə dünyanın ən yaxşı oyunçusu – Lionel Messi! "Mənim belə tanınmağım üçün qərar verən hamıya təşəkkür etmək istəyirəm. Şəxsən mənim üçün fərdi mükafatlar ikincidir, komanda hər şeydən yüksəkdir. Amma bu gün mənim üçün xüsusi gündür. Çünki həyat yoldaşım və uşaqlarım burdadır. Onlar ilk dəfədir ki, burdadır. Onları görmək mənə sevinc bəxş edir" – deyə Leo bildirib.
11
Əslində çoxları düşünürdü ki, bu dəfə ilin futbolçusu Hollandiya millisinin müdafiəçisi, ötən mövsüm “Liverpul”la Çempionlar Liqasının qalibi olmuş Virdcil van Deyk olacaq. O deyir:
“İnsanlar Messini seçdilər. Mən də bu ada yaxın idim. Hesab edirəm ki, bizim oyunumuzu müqayisə etmək doğru olmaz. O, hücumçu, mən isə müdafiəçiyəm. Messi böyük futbolçudur. Bəlkə də tarixdə ondan güclüsü olmayıb. Onun uğuruna sevinirəm. Özüm isə məyus deyiləm. Mən dəfələrlə demişəm, komanda müfakatı mənim üçün hər şeydən vacibdir. Bu mükafat isə sadəcə, əlavə bonusdur” .
Ağlasığmaz təklif
“Bu nəticə gözlənilməz oldu” - Saşa İliç
“Turan Tovuz” 3 xalı 3 qolla qazandı - Video
“Qarabağ” evdə, “Turan Tovuz” səfərdə qalib gəldi
“Qarabağ” “Kəpəz”i minimal hesabla məğlub etdi – 1:0 - Video
Maykl Olise üçün 100 milyon avroluq təklif
“3 xal önəmli idi” - Qurban Qurbanov
“Sumqayıt” - “Turan Tovuz”: Heyətlər
“Biz bilmirik, Yamal nə vaxt qayıdacaq”
Mixal Bilek: “Azərbaycan millisi çox müdafiə olunacaq”
UEFA-dan Asim Xudiyevə növbəti təyinat
AFFA U-21 millisinə baş məşqçi təyin etdi - Rəsmi
"Qarabağ" - "Kəpəz": Heyətlər
“Mançester Yunayted”dən Amorim qərarı
Mahir Emreli yenə heyətdən kənardadır
"Araz-Naxçıvan"ın futbolçusu Moldova millisində
Azərbaycan boksçusu Avropa çempionatının 1/4 finalında
Xavinin DÇ-2026 üçün favoritləri
"İnanıram ki, orada penalti var idi" - Brahim Konate
Amorim: "Hamı üçün əlçatmaz olan səviyyəyə yüksələcəyik"
Dünyanın 2-ci ən bahalı oyunçusu “Barselona”nın hədəfində
“Görsünlər ki, Azərbaycanda futbol da var, futbolçu da”
“Benfika”nın başı üzərini qara buludlar alıb - İndi də…
"Mançester Siti" onunla müqaviləni uzatdı
“Trabzonspor”dan darmadağın - Video
Rüfət Abdullazadə bir hissə oynadı
“Cəbrayıl” 3 xalı 4 qolla qazandı - Video
Azərbaycan medal sıralamasında gerilədi - III MDB Oyunları
“Barselona” Yamalsız qaldı
“Zirə” və “Neftçi”dən dramatik bərabərlik – 2:2 - VİDEO