"Qarabağ"ın futbolçusu Bədavi Hüseynov Azərbaycan Premyer Liqasının V turunda səfərdə "Zirəyə" 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin sualların cavablandırıb.
Qol.az-ın məlumatına görə, o, əvvəlcə oyun haqda danışıb.
- "Zirə" güclü komandadır, hücumları yaxşıdır. Onlara qarşı oynamaq heç də asan olmadı. İkinci hissədə daha yaxşı çıxış etdilər. Hər şeyə rəğmən bu, çox vacib qələbə idi. Artıq növbəti matçlara hazırlaşmalıyıq.
- Çempionat haqqında nə deyə bilərsiniz? "Qarabağ" çempion ola bilər?
- Asan olmayacaq. Bizi çətin oyunlar gözləyir. Başa düşürük ki, hər oyunda daha da məsuliyyətli olmalıyıq. Qarşılaşmalara ciddi hazırlaşmalıyıq ki, qələbə bizim olsun.
- Növbəti oyununuzu "Sumqayıt"a qarşı keçirəcəksiniz. Bu komanda haqda nə deyə bilərsiniz?
- "Sumqayıt" son oyunlarda qalib gəlib. Güclü və möhkəm komandadır. Bütün qarşılaşmalar kimi bu görüşdə də qalib gəlmək üçün hazırlaşacağıq. Belə komandalar ilə oynamaq çətindir. Çalışacağıq ki, qələbə qazanaq.
- Zədədən sonra özünüzü necə hiss edirsiniz?
- Hər şey qaydasındadır, özümü yaxşı hiss edirəm. Uzun müddət oynamadığım üçün yüklənməyim deyə mənə fasilə verilmişdi. Hər oyundan sonra daha da yaxşı oluram. Bir neçə matçda oynadıqdan sonra tam sağalacağıma inanıram.
- Avroliqanın növbəti oyununda "Düdelanj"la qarşılaşacaqsınız. Şansınızı necə dəyərləndirirsiniz?
- Şans deyəndə ki, komandamız güclüdür. Hər oyuna ciddi şəkildə hazırlaşırıq. Nəzərə alsaq ki, onlar öz meydanlarında oynayırlar, qələbə onlara daha yaxındır. Çətin olsa da, yenə də hər şey üçün ciddi hazırlıq gedir.
“Sumqayıt” 7 dəqiqədə 2 qol vurdu - Video
Zədəli Çalhanoğlu komandası üçün meydana çıxacaq
Bredli MLS təmsilçisinin baş məşqçisi təyin olundu
"İnter Mayami" "Real"ın sabiq oyunçusu ilə razılaşdı
Kukurelya La Liqaya qayıda bilər
"Qalatasaray" 3 futbolçusu ilə yollarını ayırır
İbrahimoviçdən Olimpiya mesajı gəldi
“İmişli” - “Karvan-Yevlax” matçından - Video
"Bavariya"nın kapitanı sıradan çıxdı
Komanda ardıcıl uduzdu, baş məşqçi istefaya göndərildi
"Neftçi" - "Sumqayıt": Heyətlər
Tanınmış futbolçu təyyarədə kobudluq etdi - Video
Saatlıda 5, Şəmkirdə 1 qol, Lökbatanda oyun baş tutmadı
"Bavariya" Noyeri itirdi
"Matçın ədalətli nəticəsi bərabərlik idi" - Füzuli Məmmədov
"Milan"da yeni müqavilə
2-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
"Sumqayıt"ın legioneri milliyə çağırıldı
"İmişli" - "Karvan Yevlax": Heyətlər
"Qarabağ" qışda yeni transferlər edəcək? - Açıqlama
"Biz yıxılarıq, durarıq, amma sınmarıq" - Qurban Qurbanov
"Liverpul" danışıqlara başladı
Qurban Qurbanova ilin məşqçisi mükafatı təqdim edilib
Messinin rekordunu qırdı
Azərbaycan çempionatlarında tarixi oyun
Zubirin yubiley oyunu
Toral Bayramov üçün əlamətdar matç
Əvvəl “Qarabağ”a qalib gəldilər, sonra “Feyenoord”a
"Trabzonspor" - "Beşiktaş" matçında 6 qol - Video
Zamiq oynadı, komandası qalib gəldi
"Bavariya" autsayderlə oyunda xal itirdi - Video
“Arsenal” Bundesliqada çıxış edən qapıçı ilə maraqlanır
"Real" bəzi futbolçuları ilə sağollaşmağa hazırlaşır
İngiltərə klubunda yeni antirekord
“Qarabağ”dan möhtəşəm qələbə - Video
"Mançester Siti"dən inamlı qələbə, Haaland dubl etdi
Türkiyədə baş məşqçi klubu tərk edir
“Kadinin yoxluğu təsirsiz ötüşmür” - Qurban Qurbanov
Azərbaycanın dünya boksunda 8-ci qızılı