“Mənim üçün özəl oyundur. Ümumiyyətlə, bu turnirdə iştirak etmək xüsusi hissdir. Turnir boyunca bütün oyunlardan zövq almağa və azarkeşlərimizi sevindirməyə çalışacağıq”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Miçel Avropa Liqasının qrup mərhələsində “Sevilya” ilə matçdan öncə keçirilən mətbuat konfrasında deyib.
O, “Sevilya”ya qarşı oynamağın xoş olduğunu bildirib. Miçel daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- “Qarabağ”da üç ispan futbolçu var. Aranızda bu oyunla bağlı danışmısınızmı?
- Üç gün əvvəl çempionat matçımız var idi, oyuna köklənmişdik. Bu gün bazada olacağıq, bu barədə danışmağa vaxtımız olacaq. Böyük kluba qarşı çıxış edəcəyik. Azarkeşlərimiz önündə uğurlu nəticə göstərməyə çalışacağıq.
- Vaxtilə “Sevilya”ya qarşı bir neçə dəfə oynamısınız. Bu komanda ilə hansı oyun sizin üçün xüsusi yaddaqalandır?
- Bu, illər öncə olub. “Sportinq Xixon” və “Xetafe”də olarkən xoş və xoşagəlməz xatirələr olub. Həm qalib gəlmişik, həm də uduzmuşuq. Çempionlar Liqasında oynamağa can atan komandadır.
- “Sevilya”nın texniki heyətindən və ya futbolçularından tanıdığınız kimsə varmı?
- “Xetafe”də birgə oynadığım Serxio Eskudero var. Hələ ki, onunla görüşməmişəm. Yəqin ki, sabah belə bir imkanım olacaq.
Qurbanova GÖZƏL dəstək
Juninyo bu kluba satılır
Silva PSJ-nin baş məşqçisi olmaq arzusundadır
"Sabah" Tovuzdan 3 xalla qayıtdı - Video
Neymarın “Santos”la müqaviləsi ertələndi
FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
Braziliya millisində Ançelotti dönəmi davam edəcək
“Şamaxı”nın qələbəsindən - Video
Premyer Liqanın ən sürətli qolunu vurdu
"Atletiko" doğma meydanda qələbə qazandı
“Bu səhvləri etməməli idik” - Kurban Berdiyev
"Şamaxı" "Zirə”yə, "Sabah" "Turan Tovuz"a qalib gəldi
Braziliyalı futbolçu karyerasını başa vurdu
Azərbaycan boksçusu dünya çempionu oldu
“Çelsi” bu dəfə niderlandlı futbolçunu hədəfə aldı