Bu gün AFFA Azad Həmkarlar İttifaqının sədri seçilən Nazim Süleymanov iclasdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə Süleymanov əvvəlcə ittifaqın mahiyyətindən danışıb:
- Təbriklərə görə hər kəsə dərin təşəkkürümü bildirirəm. Biz əvvəllər təsis qrupu yaratmışdıq və onunla fəaliyyət göstərirdik. Ondan sonra AFFA-nın baş katibi ilə görüşdük. Görüş zamanı məlum oldu ki, AFFA-da Azad Həmkarlar İttifaqı yoxdur. Bölgələrə gedərək futbol ictimaiyyəti ilə görüşdük və onların problemlərini dinlədik. Düşündük ki, AFFA Həmkarlar İttifaqını yaradaq.
- Bununla bağlı AFFA-dan razılıq alınıb?
- Ulu öndərimiz Heydər Əliyevin imzaladığı qanunda qeyd olunub ki, Həmkarlar İttifaqı heç kimdən icazə almır.
- Veteranlar İttifaqının sədri Oqtay Abdullayev, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov mətbuata bu iclasa dəvət olunmamaları barədə açıqlamalar veriblər. Bu şəxslər yeni yaradılan ittifaqa yaxşı münasibət bəsləmirlər.
- Sizə sual vermək istəyirəm ki, Həmkarlar İttifaqı və ya digər təşkilatlar eynidirlər? Bunlar fərqlidir. Əgər fərqlidirsə, deməli biz bir-birimizə dəstək olmalıyıq. Başqa təşkilatlar haqqında danışmaq fikrində deyiləm. Bu gün biz AFFA Azad Həmkarlar İttifaqını təsis etdik. Bu daxili təşkilatdır. Kim ittifaqın üzvüdürsə, onlar dəvət olunub. Yalnız AFFA-nı dəvət etdik. Ona görə də biz Həmkarlar İttifaqı və AFFA-dan başqa heç kimə dəvət göndərməmişik.
- Gələcək fəaliyyətinizlə bağlı nə deyə bilərsiz?
- Bu haqda geniş olaraq danışmışıq. Məqsədimiz inkişaf etmək, bölgələrdə bu komitəni yaratmaq, sıralarımızı genişləndirməkdir. Bu gün üzvlərimizin sayı 150-dən çoxdur. Ona görə çalışırıq ki, Azərbaycan futboluna xidmət edək. Azərbaycan futbolunda olan haqsızlıqlara qarşı futbol ictimaiyyətində çalışan insanların hüquqlarını qoruyan təşkilat olmalıdır. Biz də bu təşkilatı yaratdıq ki, həmin şəxslərin haqq və hüquqlarını qoruyaq.
- Təşkilatın iş yükü nə qədər olacaq və hansı səlahiyyətlərə malikdir?
- AFFA-ya bizə yer vermələri ilə bağlı müraciət edəcəyik. AFFA-nın nəzdində fəaliyyət göstərən qurum kimi, assosiasiya bizə məhdudiyyət yox, fəaliyyət göstərməyimiz üçün şərait yaratmalıdır.
- Əgər AFFA buna şərait yaratmayıb, əvəzində özü belə təşkilat yaratsa, necə olacaq?
- Biz ictimai təşkilatıq. İctimai təşkilat nə deməkdir? Bu hamımızın təşkilatıdır. Çalışıb Azərbaycan futboluna xidmət etmək üçün burdayıq.
- Bölgələrdə ittifaqın nümayəndəliklərin olacağı ilə bağlı fikir səsləndirdiniz. Bu yöndə işlərə başlanılıb?
- Videoslaydda bölgələrdə keçirdiyimiz görüşlərə baxdınız. Bu görüşlər davamlı olacaq. Həmkarlar İttifaqını təsis etdik. Bundan sonra isə bölgələrdəki komitələrimiz ilə görüşüb onlara da sədr təyin edəcəyik.
- Söz-söhbət var ki, Nazim Süleymanov artıq futbol idarəçiliyində özünü göstərmək istəyir və funksioner kimi bu istiqamətdə addımlar atır.
- İdarəçilik deyəndə ki, mən “pro” kateqoriyalı məşqçiyəm. Vaxtilə futbol oynamışam. Sabah mənə təklif gələrsə, gedib məşqçi kimi işləyəcəm. Bu gün Azərbaycan futbolunda bu təşkilatın yaranması zəruri idi. Futbol ictimaiyyətində çalışan hər kəsin- futbolçu, həkim, massajist, məşqçilərin hüquqlarını qorumaq üçün bu təşkilatı yaratdıq.
Azad NURİYEV
"İnter"dən yeni transfer
"Sumqayıt" "Qarabağ"a belə qalib gəldi - Video
"Bu məğlubiyyətin faydası olacaq" - Qurban Qurbanov
"Mən çempion olmaq istəyərdim" - Saşa İliç
"İmişli" - "Neftçi" matçından - Video
"Oyunçuların gözündə qələbə istəyi var" - Samir Abasov
Samir Abasovu şoka salan ağlasığmaz epizod - Video
"Qarabağ" - "Sumqayıt" : Heyətlər
Millimizin Ukrayna ilə oyununun yeri dəyişdirildi
Azərbaycanın U-17 millisinin oyunlarının vaxtı müəyyənləşdi
"Çelsi"dən La Liqa klubuna - Rəsmi
"İmişli" - "Neftçi": Heyətlər
"Qarabağ"dan ayrılan Veşoviçin yeni klubu açıqlandı
"Vest Hem"in futbolçusu "Fənərbaxça"ya keçdi - Rəsmi
"Qalatasaray" Nelsonu icarəyə verdi
"Bavariya"dan PSV-yə
Qadın futbolunda yeni transfer rekordu
"Mançester Siti" Ruben Diaşla müqaviləni uzatdı
Azərbaycanda oynayırdı, Rumıniya klubuna keçdi
Dzeko 21-ci əsrin "10-luğ"unda
Məsiyev Riera və 7 futbolçuya sarı vərəqə göstərdi
"Beşiktaş"ın pley-offdakı heç-heçəsi - Video
Arda Turan: "Turu keçmək üçün hər şey edəcəyik"
"Tottenhem"in futbolçusu üçün il başa çatdı
"Yuventus"un futbolçusu Premyer Liqa klubuna keçdi
Əliyar Ağayev Moyze Kini meydandan qovdu - Video
Millimizin üzvü Konfrans Liqasında növbəti oyuna çıxdı
U-17 millimiz Monteneqroya uduzdu
Avroliqada gecənin nəticələri
"Mançester Yunayted"in yeni hədəfi bilindi
"Qəbələ" yoxlama oyununda qalib gəldi
"Liverpul" danışıqları sürətləndirdi