PSJ Neymarı qışda satmaq istəyir

PSJ Neymarı qışda satmaq istəyir
DÜNYA FUTBOLU 10 Sentyabr 2019 / 14:49 2733
-  A +

Neymar qışda PSJ-dən ayrıla bilər.

Qol.az-ın "Tuttosport"a istinadən yaydığı xəbərə görə, klubun idman direktoru Leonardo 27 yaşlı hücumçunu qış transfer pəncərəsi dövründə satmaq istəyir.Funksionerin Neymarla bağlı klub haqda deyilən söz-söhbətlərdən və təzyiqlərdən bezdiyi bildirilib.

Xəbərdə qışda Neymarı almaq üçün əsas namizədlərin "Barselona" və "Real" olacağı vurğulanıb.

Qeyd edək ki, Kataloniya klubu bu yay braziliyalı oyunçunu transfer etmək istəsə də, PSJ-nin yüksək tələbləri səbəbindən keçid alınmayıb.

 

Daha çox


Son xəbərlər