Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda Avro-2020-nin Uels – Azərbaycan matçı (2:1) ilə bağlı müsahibə verib.
- Baş məşqçinin dediklərini, məşqdə etdiklərimizi oyunda həyata keçirməyə çalışdıq. Qarşımıza qoyulan vəzifə də rəqibi daha çox əks-hücumda yaxalamaq idi. Əks-hücumda 2-3 dəfə şansımız oldu, yalnız birində sevindik. Buraxdığımız qollara baxanda, insan istər-istəməz üzülür. Həqiqətən də sırf bəxtsizlikdən buraxdığımız qolla məyus olduq. Qarşıda daha böyük oyun var. Uelslə matçı unudub, Xorvatiya ilə görüşü düşünməliyik.
- Uelsin futbolçusu yerdə olarkən, səni vurdu. Səncə, baş hakim qırmızı vərəqə göstərməliydi?
- Təbii ki, bu, qırmızı vərəqə idi. Heyf ki, onu göstərən tapılmadı.
- Səncə, həmin epizodda baş hakim qırmızı vərəqə göstərsəydi, nəticə başqa cür olacaqdı?
- Niyə də yox? Ehtimal böyük idi ki, bir nəfər artıq oynasaydıq, topa daha çox nəzarət edəcəkdik. Daha çox hücumlar edə biləcəkdik, onlardan faydalanmaq imkanımız da böyük olacaqdı. Olardımı, olmazdımı deyə bilmərəm, ancaq ən azından ehtimal idi. Başımızı dik tutub, növbəti oyuna hazırlaşmalıyıq.
- Oyundan öncə mətbuat konfransında Rayan Giqqz səni xüsusi qeyd etmişdi.
- Onu deyim ki, Uels və digər böyük komandaların oyununa və futbolçularına baxa-baxa böyümüşəm ki, mən də nə vaxtsa belə yaxşı ola bilərəm. Hansısa komandanın nümayəndələrinin haqqımda yaxşı sözlər deməsi həqiqətən xoşdu. Amma günün sonunda etdiyim qeyri-adi bir şey yoxdu. Əlimdən gələnin ən yaxşısını edirəm ki, özüm də yaxşı səviyyəyə gəlim çıxım. Söhbət tək məndən getmir, komanda yoldaşlarımdan da gedir. Uşaqlar mənə dəstək olmasalar, heç vaxt öz oyunumu göstərə bilmərəm, onlar mənə həmişə dəstəkdi. Uelsin oyunçularının əksəriyyəti Premyer Liqa kimi çempionatda oynayan futbolçulardır. Bilirik ki, bu cür liqalarda onlar sərt oynayır. Onların dəst-xətti belədir.
- Xorvatya ilə matç haqda düşüncələriniz necədir?
- Bu gün bütün ölkələr futbol oynamağı öyrənib. Baxmayaraq ki, rəqibimiz dünya ikincisidir, hər halda onlara qarşı da yaxşı nəticə əldə edə bilərik. Heç-heçə olar, qələbə ola bilər, əsas odur ki, ürəkdən oynayasan. Futbolçular bir-biri üçün vuruşası olsalar, niyə də olmasın? (sport24.az).
U-17 millimiz İsrailə 5 qolla məğlub oldu
Erol Bulutun “Antalyaspor”a keçidi rəsmiləşdi
“Qalatasaray”ın Lukas Beraldo planı
“Fənərbaxça”dan “Beşiktaş”a?
O da Fransa millisinin heyətindən kənarlaşdırıldı
Bruno Fernandeş Almaniya klubuna keçə bilər
7 qol vurduğu oyun bitən kimi həbs olundu
Gəncədə Avropa çempionatı
Yamalın vəziyyəti necədir?
Bədəlov Mbappeyə nə deyib? - Özü açıqladı
Millimizin oyununda qazaxıstanlı hakimlər
"Real" və Fransa millisi arasında gərginlik
Neymar, Messi və Suares yenidən bir araya gələ bilərlər
Ukrayna - Azərbaycan oyununun hakimləri açıqlandı
"Mançester Yunayted"in sabiq futbolçusu vəfat etdi
"Mübarizəsiz meydandan çıxa bilmərik" - Elvin Cəfərquliyev
“Mbappe bizi çox rahat keçirdi- Emin Mahmudov
AFFA Santuşa təzminat ödəyib
Rebrov: “Azərbaycanla oyunda qalib gəlməsək…”
Son Hın Min Koreya millisinin rekordçusu oldu
“Pard de Prens”də yaşananlar - Şəkillər
Rabyo Azərbaycan millisi ilə oyun haqda
Azərbaycanla matça çıxdı, ardıcıl 10 oyunda qol vurdu
U-21-in baş məşqçisindən 0:5 açıqlaması
“Sevincimdən uçmayacam” - Deşam niyə narazı qaldı?
Fransa - Azərbaycan oyununda vurulan qollar - Video
Almaniya və Qazaxıstandan darmadağın
Fransa - Azərbaycan: 3-cü oyunda 3:0
Adi Hütter “Monako”dan ayrıldı - Rəsmi
Azərbaycanın U-21 millisindən acınacaqlı məğlubiyyət
Fransa - Azərbaycan oyununun heyətləri açıqlandı
Azərbaycan şahmatçıları Ermənistana qalib gəldi
“Beşiktaş”da El Bilal Ture itkisi
Ötən ayın ən yaxşı baş məşqçisi seçildi
Merih Demiral “Fənərbaxça”ya qayıdır?
Çexiya - Azərbaycan: Heyətlər
Daniel Olmo İspaniya millisinin heyətindən çıxarıldı
“Araz-Naxçıvan” yoxlama oyununda heç-heçə etdi
“Milan”dan “Yuventus”a?
Rusiya o yarışa da buraxılmayacaq - UEFA-dan bildiriş
İngiltərədə ayın ən yaxşı məşqçisi seçildi
Emre Belözoğlunun yerinə o gətirildi
Premyer Liqada sentyabrın ən yaxşı futbolçusu məlum oldu
Azərbaycan kubokunda 1-ci təsnifat mərhələsinə yekun vuruldu