"Mançester Siti"nin müdafiəçisi əməliyyat olundu

"Mançester Siti"nin müdafiəçisi əməliyyat olundu
DÜNYA FUTBOLU 4 Sentyabr 2019 / 15:21 2095
-  A +

“Mançester Siti” ciddi itki ilə üzləşib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “şəhərlilər”in müdafiəçisi Emerik Laport əməliyyat olunub.

İngiltərə Premyer Liqasının 4-cü turunda “Brayton”la matçda (4:0) zədələnən futbolçu, dizindən əməliyyat olunub. 25 yaşlı futbolçunun hansı müddətə sıradan çıxdığı məlum deyil.


Son xəbərlər
14.05.25  21:45

"Leyptsiq"i tərk edir