U-21 millimizin Şotlandiya ilə oyununda 6 qol

U-21 millimizin Şotlandiya ilə oyununda 6 qol
ÖLKƏ FUTBOLU 14 Oktyabr 2025 / 21:15 2995
-  A +

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün dördüncü oyununa çıxıb.

QOL.az xəbər verir ki, B qrupunda yer alan millimiz Bakıda Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Dalğa Arena”da keçirilən görüşdə bol qollu heç-heçə qeydə alınb - 3:3. Matçı Qazaxıstandan olan hakimlər briqadası idarə edib.

Qeyd edək ki, millimiz bunadək səfərdə Portuqaliya və Çexiyaya eyni hesabla -  0:5 uduzub, Bakıda Bolqarıstanla 1:1 hesablı heç-heçə edib.

14 oktyabr

19:00.Azərbaycan (U-21) - Şotlandiya (U-21) - 3:3

Qollar: Xəyal Əliyev, 7, 49-pen; Şahin İbrahimov, 79 - Devid Uotson, 33, Lyuk Qrem, 44, Semuel Klipp Hardinq, 90+1

Baş hakim: Sayat Karabayev

“Dalğa Arena”

20:00. Bolqarıstan (U-21) - Çexiya (U-21)


Son xəbərlər